Accessibility links

Sərhədsiz Reportyorlar Meydan TV-nin jurnalistlərinin ölkədən çıxışına qadağa qoyulmasını pisləyib


Sərhədsiz Reportyorlar
Sərhədsiz Reportyorlar

Sərhədsiz Reportyorlar Avropa Oyunları dövrü Azərbaycanda jurnalistlərə təzyiq faktlarını pisləyib.

Bu bəyanat Meydan TV veb-saytının bir qrup jurnalistinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.

Belə ki, jurnalistlər Natiq Cavadlı, Elnur Muxtarov, Aytən Ələkbərova və Şirin Abbasov iyunun 30-da heç bir izahat verilmədən Gürcüstana buraxılmayıblar.

Bu, sözügedən online resursun rəhbəri, Berlində yaşayan və çalışan Emin Millinin Azərbaycan hökumətinin nazirinin hədələrinə məruz qalması barədə məlumatından dörd gün sonra baş verib.

Bununla əlaqədar təşkilatın nümayəndəsi Yohann Bir bildirib ki, artan təzyiqlər Meydan TV nümayəndələrinə qarşı yeni repressiya dalğasına çevrilə bilər.

Bu veb-sayta qarşı təzyiqlərə Azərbaycanda korrupsiya və insan hüquqlarının pozulmasına dair reportajlar səbəb olub.

“Sərhədsiz reportyorlar Millinin ünvanına hədələri çox ciddi hesab edir. Belə ki, bu, ən yüksək səviyyədə baş verir. Qurum Almaniya hakimiyyətini Millinin müdafiəsinə zəmanət vermək üçün lazım olan hər şeyi etməyə çağırır”, - bəyanatda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG