Accessibility links

Jurnalist Xədicə İsmayılın məhkəməsi başlayıb [Video]


Jurnalistlər məhkəməyə etiraz aksiyalarında istifadə etdikləri fərqləndirici geyimdə gəliblər

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə jurnalist Xədicə İsmayılın məhkəməsi başlayıb.

Amerikanın Səsinin müxbirinin hadisə yerindən bildirdiyinə görə, məhkəmə binası önündə sıxlıq yaranıb, jurnalistlər və səfirliklərin nümayəndələri içəri buraxılmır.

Məhkəmənin önündə polislər keşik çəkir.

Jurnalistlərin hamısı içəri buraxılmayıb.

Xədicə İsmayıla dəstək aksiyası

Xədicə İsmayıla dəstək aksiyası

Jurnalistlər məhkəməyə ilk dəfə olaraq etiraz aksiyalarında istifadə olunan fərqləndirici geyimdə gəliblər. Onlar bununla Xədicə İsmayılın jurnalist fəaliyyətinə görə həbs edildiyini göstərmək istəyirlər.

Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Xədicə İsmayıla qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan Tural Mustafayev mətbuat vasitəsi ilə şikayətini təzyiq altında verdiyini və şikayətindən imtina etdiyini bəyan edib.

2015-ci ilin fevralında jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.

AzadlıqRadiosu, beynəlxalq hüquq müdafiə təşkilatları Xədicə İsmayılın prezident İlham Əliyev və onun ailə üzvlərinin biznesini araşdırdığı üçün təzyiqlərlə üzləşdiyini bildirir.

Amnesty İnternational jurnalisti "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG