Accessibility links

Sərhədsiz Reportyorlar: Rasim Əliyev cəzasızlığın qurbanıdır


Sərhədsiz Reportyorlar: Çin, İran və Eritreya “media üçün ən böyük həbsxanalardır”
Sərhədsiz Reportyorlar: Çin, İran və Eritreya “media üçün ən böyük həbsxanalardır”

“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini küçədə döyüldükdən sonra avqustun 9-da ölən jurnalist Rasim Əliyevin ölümünün araşdırılması üçün hər şeyi etməyə çağırıb.

Rasim son 10 ildə Elmar Hüseynov, Alim Kazımlı, Rafiq Tağıdan sonra Azərbaycanda öldürülən dördüncü jurnalistdir.

“R.Əliyevin öldürülməsi ölkədə uzun illər ərzində yüksək vəzifəli məmurlar tərəfindən yaradılan dözümsüzluk və cəzasızlıq şəraitinin nəticəsidir”, təşkilatın bəyanatında deyilir.

“Hökumət məmurları tənqidçi jurnalistləri düşmən və xəyanətkar adlandırırsa, jurnalistlərə hücumlar cəzasız qalırsa bu cür faciələrin baş verməsinə təəccüblənmək lazım deyil.

R.Əliyevin ölümünə futbolçu Cavid Hüseynovun qohumları ilə münaqişə səbəb olub. Futbolçunun qohumu öncə onu telefonla təhqir edib, sonra söhbətə çağırıb, dostları ilə birlikdə döyüb, jurnalistin pul qabını və telefonunu götürüblər.

Öncə Azərbaycan hakimiyyəti bu ölümü siyasiləşdirməməyə çağırıb, cinayətin üstünün açılacağını vəd edib. Sonradan Prezidet Administrasiyasının nümayəndəsi, müstəqil KİV-i dəfələrlə ittiham edən Əli Həsənov birdən bəyan edib ki, baş verənlər demokratiyaya təhlükədir və ölkə prezidenti KİV azadlığını “dövlətin əsas prioritetlərindən biri hesab edir”, sənəddə qeyd edilir.

“Demokratik dəyərlər haqqında bu fikirlər gülüş doğurur, amma təəssüf ki, bu bəyanatın verilməsinə ciddi səbəb var. Əgər prezident onun ciddi qəbul edilməsini istəyirsə KİV-ə və vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalara son qoymalıdır”, bəyanatda deyilir.

Azərbaycan mətbuat azadlığı indeksinə görə 180 ölkə arasında 162-ci yeri tutur. Bu ölkədə bütün müstəqil KİV və QHT-lər ya qapadılıb, ya da susdurulub.

8 jurnalist, o cümlədən Xədicə İsmayılova və Rauf Mirqədirov kimi tanınmış jurnalistlər, blogerlər həbsdədir. Onlarla müstəqil jurnalist və bloger son aylar ölkəni tərk etməyə məcbur olub.

Rəsmi Bakı ölkədə hüquqi rejimin hökm sürdüyünü, media azadlığının və jurnalistlərin təhlükəsizliyinin təmin edildiyini bildirir.

Bununla yanaşı, beynəlxalq hesabatlarda Azərbaycanda insan hüquqlarının davamlı şəkildə pozulduğu, ədalətli məhkəmə sisteminin olmadığı, söz və mətbuat azadlığının təmin edilmədiyi qeyd edilir. Amnesty İnternational Azərbaycanda 30-dan çox insanı “vicdan məhbusu” elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG