Accessibility links

Xədicə İsmayıl: Hüquqlarımı təmin edin [Video]


Xədicə İsmayıl:
Xədicə İsmayıl:

Xədicə İsmayılın işində siyahı üzrə şahidlərin dindirilməsi başa çatıb

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində AzadlıqRadiosunun əməkdaşı araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi davam edib.

Bəzi diplomatik korpus nümayəndələri, jurnalistin yaxınları məhkəmə zalına buraxılıb.

Bugünkü prosesdə AzadlıqRadiosunun keçmiş əməkdaşı Ülkər Akifqızı ifadə verib.

Onun sözlərinə görə, ona radio ilə bağlı ümumi suallar verilib.

Daha sonra Fərid Abdullayevi (Radionun texniki nəzarət işləri üzrə işçisi olub) dindirmək istəyiblər.

O, prosesə gəlmədiyindən, ibtidai istintaqda verdiyi ifadəsi elan olunub.

Belə ki o, ifadəsində bildirib ki, mülki müqavilə ilə işçi olub. Özü hər ay vergisini ödəyib.

İfadəsində göstərilib ki, cəmi bir dəfə Azadlıq Radiosunun digər işçisi Cavanşir Ağamalıyevin hesabına bir neçə min maaşdan əlavə vəsaitin gəldiyini, həmin pulu bankdan çıxardığının şahidi olub.

Bu zaman jurnalist Xədicə İsmayıl etiraz edib.

O, bildirib ki, Fərid Abdullayevin bu ifadəsi dəyişdirilib.

Xədicə İsmayıl Fərid Abdullayevin məhkəməyə gətirilməsibni tələb edib.

Lakin məhkəmə bu məsələyə sonra qiymət verəcəyini deyib.

Müdafiə tərəfinin Tural Mustafayevin intihara cəhdi ilə əlaqədar Şəhla Hümbətovanın əlavə şahid kimi dindirilməsi haqqında vəsatəti təmin olunmayıb.

Sonra Fariz Namazlı vəsatət verib.

Vəsatətin məğzi ondan ibarətdir ki, Tural Mustafayevin Xədicənin təkidi ilə Meydan TV-dən çıxarılması ilə bağlı əlavə tədqiq olunsun.

Vəkillər Meydan TV-yə sorğu göndəriblər.

Həmin sorğuya cavab alıblar. Bu məsələnin məhkəməyə təqdim edərək, əlavə tədqiq olunmasını istəyiblər.

Məhkəmə qərar verib ki, həmin sorğu əldə olunan mənbəyə şübhə doğurduğundan sübutlar siyahısına salına bilməz.

Prokuror Ramazan Hadıyev də buna etiraz edib.

Bu zaman Xədicə İsmayıl məsələyə münasibətdə deyib ki, prorkurorun münasibəti bəllidir.

“Ümumiyyətlə bu işə baxan bütün prokurorluq heyətinin Maqnitski qanununa salınması üçün mən dəfələrlə beynəlxalq qurumlara müraciət etmişəm. Ona görə onlar mənə qərəzlidirlər”, o bildirib.

X.İsmayıl məhkəmədən xahiş edib ki, tərəflərin bərabərlik prinsipinə hörmətlə yanaşsınlar.

Daha sonra, vəkil Fariz Namazlı eyni zamanda, T.Mustafayevin AzadlıqRadiosundan işdən çıxmaq istəməsi barədə Bakı bürosunun rəhbəri Babək Bəkiroğlu ilə emal yazışmalarının sübutlar siyahısına daxil edilməsi barədə vəsatətlər qaldırıb.

Müdafiə tərəfinin bu vəsatətləri təmin edilməyib.

Sonra AzadlıqRadiosunun nümayəndəsi Adil İsmayılovun məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırılıb.

Bu vəsatət də təmin edilməyib.

Xədicə İsmayıl deyib ki, "heç olmasa, radionu mənə görə yoxlayıb bağladığınızı açıq bildirməyin. Məni tutmaq üçün radionu bağlamısınız. Çünki radioda yoxlama aparıb məni tutmalıydınız, siz isə əksini etmişiniz".

Vəkil F.Namazlı bildirib ki, T.Mustafayev zərərçəkən kimi ifadə verərkən facebook-dakı şəxsi yazışmalarını prokurorluq orqanına könüllü vermədiyini deyib. Vəkil bildirib ki, buna görə də, həmin yazışmalar sübutlar siyahısından çıxarılsın.

Dövlət ittihamçısı Ramazan Hadıyev T.Mustafayevin facebook yazışmalarına baxışın həyata keçirilməsini yolverilməz hesab etmədiyini deyib.

Bu vəsatət də hakim tərəfindən təmin olunmayıb.

Eyni zamanda, vəkil F.Namazlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq strukturları və Milli Televiziya və Radio Şurasının nümayəndələrinin AzadlıqRadiosunun yayımlanması məsələləri ilə bağlı əlavə şahid qismində məhkəmə prosesinə çağırılması barədə də vəsatət qaldırıb.

Dövlət ittihamçısı vəsatətin təmin edilməsinin əleyhinə olub.

O bildirib ki, AzadlıqRadiosu 2008-ci ildən lisenziyasız fəaliyyət göstərib, ona görə də qanunsuz sahibkarlıqla məşğul olub.

Məhkəmə müdafiə tərəfinin sonuncu vəsatətini də rədd edib.

Vəkillər də, Xədicə İsmayıl da məhkəmənin çox sürətlə keçirilməsinə etiraz edib. Bildiriblər ki, "ekspress məhkəmə" keçirirsiniz.

Vəkillər məhkəmədən onlara vaxt verilməsini istəyib.

Xədicə də hakimə etiraz edib.

"Məni 15 il cəza gözlədiyini deyirsiniz. Mən 15 il də, 25 il də həbsdə olmağa razıyam. Heç olmasa, bunun cüzi hissəsini burda, məhkəmə zalında səy göstərərək, hüquqlarım uğrunda mübarizə apararaq keçirərəm. Hüquqlarımı təmin edin. Mən başa düşürəm, mənimlə bağlı sizə sifariş veriblər. Nə qədər həbs cəzası verəcəyinizi də bilirsiniz. Bəlkə də hər gün burda gəlib məni görməkdən vicdan əzabı çəkirsiniz. Ancaq imkan verin, mən də hüquqlarımı qoruyum".

Xədicə İsmayıl qohumları və vəkilləri ilə görüşməsi üçün, heç olmasa, bir gün vaxt ayırılmasını istəyib. Ancaq buna imkan verilməyib.

Xədicə İsmayıl məhkəmənin gedişindən məyus olduğunu da deyib.

Məhkəmə prosesi avqustun 14-də saat 15.00-da davam edəcək.

Vəkil Cavad Cavadov Xədicə İsmayılın prosesini şərh edir
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG