Accessibility links

Məhkəmə qarşısında Xədicə İsmayıla dəstək aksiyası keçirilib [Video]


Xədicə İsmayıla dəstək aksiyası

Xədicə İsmayıla dəstək aksiyası

Aksiya insidentsiz ötüşüb

Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə Xədicə İsmayılın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası sənədlərin elan olunması ilə davam etdirilib.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, proses zamanı X.İsmayıl bir neçə vəsatətlə çıxış edib.

Daha sonra İsmayıl AzadlıqRadiosunun baş prokuror Zakir Qaralova və hakim Ramella Allahverdiyevaya müraciətini oxuyub.

Müraciətdə göstərilir ki, artıq 8 aydır prokurorluq və vergi orqanlarının qanunsuz müdaxiləsi ilə əlaqədar AzadlıqRadiosunun fəaliyyəti iflic vəziyyətinə düşüb.

Radionun fəaliyyəti ilə bağlı vergi yoxlamasının başa çatmamasına baxmayaraq, İsmayıl barəsində cinayət işi məhkəməyə göndərilib.

Məktub müəllifləri İsmayıla qarşı yeni ittihamların onun həbsinin əsaslandırılması üçün irəli sürüldüyündən əminlik ifadə edir.

Məktubda qeyd edilir ki, nə İsmayıl, nə büronun ondan əvvəlki və sonraki rəhbərləri maliyyə məsələlərinə görə məsul olmayıb, radionun yayımı isə qanuni olub və müvafiq müqavilələr əsasında həyata keçirilib.

Məktubda İsmayılın işçiləri əmək müqaviləsi ilə deyil, xidmət haqqının ödənilməsi haqqında müqavilə ilə işə qəbul etdiyi haqqında ittiham təkzib edilir. Guya buna görə işçilər 14% deyil, 4% vergi ödəyirdilər, bununla da İsmayıl 17 792 manatı vergi ödənişindən “gizlədib” ki, bu da istintaq tərəfindən “mənimsəmə” kimi tövsif edilir.

Daha sonra hakim İsmayılın sözünü kəsib, onun məktubu tamamlamasına imkan verməyib, məktubu poçtla aldığı təqdirdə oxuyacağını bildirib. Bu zaman İsmayıl məktubun onun ifadələrinə əlavə kimi işə tikilməsini xahiş edib. Amma hakim bundan imtina edib.

O, məhkəmə mühasibatlıq ekspertizasının təkrar keçirilməsi və ekspertizanı keçirmiş Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssisləri Emin Məmmədli və Zaur Məmmədovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb.

Dövlət ittihamçısı Ramazan Hadıyev ekspertizanın ətraflı keçirildiyini və elmi əsaslarla sübuta yetirildiyini bildirib və əlavə ekspertizanın keçirilməsinə zərurət olmadığını vurğulayaraq vəsatətin təmin olunmamasını istəyib.

Sonra X.İsmayıl cinayət işi üzrə aralıq aktını hazırlamış Bakı şəhər Vergilər Departamentinin mütəxəssisləri Elçin Əliyev və İmran Nurməmmədovun məhkəmə prosesində şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb.

Dövlət ittihamçısı R.Hadıyev vəsatəti müdafiə edib. Və təmin edilməsini istəyib. Hakim R.Allahverdiyeva isə həmin şəxslərin məhkəməyə dəvət olunacağını bildirib.

Sonra məhkəmə prosesində fasilə elan olunub.

Fasilədən sonra Bakı şəhər Vergilər Departamentinin mütəxəssislər dindirilib.

Məhkəmənin iş vaxtı bitdiyinə görə proses avqustun 20-də davam etdiriləcək.

***

Bir qrup jurnalist, ictimai fəallar, eləcə də jurnalist Xədicə İsmayılın yaxınları Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında dəstək aksiyası keçirib.

Onlar əllərində şarlar və həbsdə olan jurnalist Xədicə İsmayılın şəkillərini tutublar.

Xədicə İsmayılın həmkarı Aynur İmranova Xədicə İsmayılın, eləcə də digər həbs olunan hüquq müdafiəçilərin, siyasi məhbusların azadlığa çıxarılmasını tələb edib.

Onlar Azərbaycan hakimiyyətinə müraciət edərək vətəndaş cəmiyyətinə qarşı müharibəyə son qoyulmasını istəyiblər.

Aksiya iştirakçıları dəstəklərinin nümayiş etdirmək üçün əllərindəki şarları havaya buraxıblar.

Aksiya insidentsiz ötüşüb.

Xədicə İsmayıla dəstək aksiyası

Xədicə İsmayıla dəstək aksiyası

***

Jurnalist Xədicə İsmayılın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Əvvəlki proseslərdə olduğu kimi, məhkəmə yenə yarıqapalı keçirilir. Bəzi ölkələrin diplomatik təmsilçiləri məhkəmə zalına buraxılsa da, Böyük Britaniya səfirliyinin nümayəndəsi yenə qapı arxasında qalıb.


Bugünkü prosesdə məhkəmədə çıxışlar başlayacaq.

Prosedur qaydalarına görə, əvvəlcə dövlət ittihamçısı, sonra müdafiə tərəfi çıxış edəcək.

XS
SM
MD
LG