Accessibility links

Dövlət ittihamçısı Xədicə İsmayıla iş istəyəcək (Yenilənib) [Video]


Məhkəmə istintaqı başa çatıb

Bakı Vergilər Departamentinin müfəttişi İmran Nurməmmədov ifadəsində bildirib ki, AzadlıqRadiosunun Bakı Bürosuna vəsaitlər daxil olsa da, onun xərclənmə təyinatları göstərilməyib. Yəni daxil olan vəsiatin hansı məqsədlə və hansı işlərə yönəldilməsi ilə bağlı sənədlər olmayıb.

O, əlavə edib ki, 2008-ci il ərzində radionun Bakı Bürosu lisenziya olmadan qeyri-qanuni fəaliyyət göstərib. Bu da qeyri-qanuni sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilir.

O Xədicə İsmayılın sualına cavabında qeyd edib ki, Büro rəhbəri kimi o, həmin dövrə təsadüf edən qanun poruntularına görə cavabdehlik daşıyır.

Aralıq aktını hazırlamış digər ekspert Elçin Əliyev də ifadə verərək aktda vergi və maliyyə pozuntuları ilə bağlı qeyd olunanları təsdiq etdiyini deyib.

Xədicə İsmayıl isə bu gün bir daha onu tutmaqda məqsədin İ.Əliyevin ailə biznesinə qarşı araşdırmanın qarşısını almaq olduğunu xatırladıb.

Şahid ifadələri dindirildikdən sonra vəkil Fariz Namazlı aralıq aktının sübutlar siyashısından çıxarılması ilə bağlı vəsatət qaldırıb.

Vəkil hesab edir ki, səyyar vergi yoxlamaları başa çatmadan Xədicə İsmayıl ilə bağlı rəy vermək doğru deyil.

Qanunvericilikdə isə ümumiyyətlə “aralıq aktı”anlayışı yoxdur.

Dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, aralıq aktı qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərtib edilib və dəqiq aparılıb.

Ona görə də sübutlar siyahıından çıxarılması üçün heç bir əsas yoxdur. O, vəsatətin təmin olunmamasını istəyib.

Hakim də vəkilin bu vəsatətini də təmin etməyib.

Daha sonra Xədicə İsmayıl məhkəmədə yazılan protokolla tanış olmaq üçün şərait yaradılmasını xahiş edib.

Lakin hakim bu vəsatəti də təmin etməyib.

Bundan sonra, hakim Ramella Allahevrdiyeva məhkəmə istintaqının başa çatdığını elan edib. Tərəflər buna etiraz etməyiblər.

Sonda dövlət ittihamçısı hakimdən çıxış üçün vaxt istəyib.

***

Avqustun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bugünki iclasda Bakı Vergilər Departamentinin müfəttişi İmran Nurməmmədov ifadə verməlidir. O, avqustun 19-da ifadə verməyə başlasa da, iş günü bitdiyindən dindirilmə yarımçıq saxlanılmışdı.

Vergi Departamentinin əməkdaşları müdafiə tərəfinin vəsatəti əsasında dindirilir.

Məhkəmə yenə yarıqapalı şəkildə davam edir. Müstəqil jurnalistlər məhkəmə zalına buraxılmayıblar.

Diplomatik nümayəndəlikdən Böyük Britaniyanın və Avropa İttifaqının nümayəndələri zala buraxılmayıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.

O, Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksək vəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

XS
SM
MD
LG