Accessibility links

Dövlət ittihamçısı Xədicə İsmayıla 9 il həbs istəyib [Video]


Jurnalist prokurorun çıxışını gülüşlə qarşılayıb

Dövlət ittihamçısı çıxışında jurnalist Xədicə İsmayılın 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses avqustun 26-da vəkillərin müdafiə çıxışı ilə davam edəcək.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın məhkəməsi başlayıb. Məhkəmə əvvəlki günlərdə olduğu kimi yarıqapalı keçirilir.

Norveç, İsveç və Fransa səfirliyinin nümayəndələri, müstəqil jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Bugünkü prosesdə dövlət ittihamçısının jurnalistə cəza istəyəcəyi gözlənilir.

Prosedur qaydalarına görə, dövlət ittihamçısından sonra müdafiə tərəfi çıxış edəcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.

O,Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksək vəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

XS
SM
MD
LG