Accessibility links

Dunya Miyatoviç Nardaranda jurnalistlərə hücum faktını pisləyib


 D. Miyatoviç
D. Miyatoviç

O, jurnalistlərə hücum edənlərin cəzalandırılacağına ümid edir

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç noyabrın 26-də Nardaranda jurnalistlərə hücum faktını pisləyib.

ATƏT nümayəndəsinin bəyantında deyilir ki, naməlum şəxslər Nardaranda keçirilən polis əməliyyatı zamanı İTV-nin operatoruna hücum ediblər.

Operator döyülüb, audio-video texnika isə zədələnib.

ATV-nin çəkiliş qrupu da reyd zamanı hücuma məruz qalıb. Telekanalın avtomobilinə hücum edilib, sürücü döyülüb.

“Bu, media nümayəndələrinə qarşı qəbuledilməz zorakılıq hallarıdır. Jurnalistlər ictimai çəkisi mühüm olan hadisələr barədə azad və təhlükəsiz şəkildə məlumat çatdıra bilməlidirlər. Onların təhlükəsizliyi təmin edilməlidir. Mən inanıram ki, hakimiyyət nümayəndələri hücumun hərtərəfli araşdırılması və mühakimə önünə gətirmək üçün əllərindən gələni edəcək”, deyə D. Miyatoviç qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG