Accessibility links

Vəkil məhkəmədən Rauf Mirqədirova bəraət istəyib [Video]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə “Zerkalo” qəzetinin jurnalisti Rauf Mirqədirovun vəkili müdafiə çıxışı edib.

Qapalı prosesdə vəkil Fuad Ağayev R.Mirqədirova bəraət istəyib.

Rauf Mirqədirov isə son söz demək üçün məhkəmədən vaxt istəyib. Növbəti məhkəmə iclası dekabrın 25-də olacaq.

Ötən məhkəmə prosesində dövlət ittihamçısı R.Mirqədirovun 7 il müddətinə azadlıqdam məhrum edilməsini istəyib.

Prokuror hakimlər kollegiyasından R.Mirqədirova qarşı açılmış cinayət işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilərək onun işinin yüngüləşdirilməsini istəyib.

Jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunur. Hüquq müdafiəçiləri R.Mirqədirovu siyasi məhbus hesab edir.

Vəkil məhkəmədən Rauf Mirqədirova bəraət istəyib
please wait

No media source currently available

0:00 0:02:46 0:00

XS
SM
MD
LG