Accessibility links

Emin Hüseynov Azərbaycan hökumətini Avropa Məhkəməsinə verib


Hüquq müdafiəçisinin şikayəti vətəndaşlıqdan məhrum edilməsi ilə əlaqədardır

Hüquq müdafiəçisi Emin Hüseynov onu vətəndaşlıqdan məhrum edən Azərbaycan hakimiyyətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.

Hazırda İsveçrədə mühacirətdə olan Hüseynov həbs ediləcəyindən ehtiyatlanaraq, 10 ay İsveçrənin Bakıdakı səfirliyinə sığınıb.

İsveçrə XİN ilə danışıqlardan sonra Bakı Hüseynovun İsveçrə XİN rəhbəri Didye Burhalterlə birlikdə ölkədən getməsinə razılıq verib.

Ölkəni tərk etməzdən əvvəl Hüseynovdan Azərbaycan vətəndaşlığından imtina etməsi tələb edilib. Hüseynov öz şikayətində qeyd edib ki, bunu öz iradəsi ilə deyil, məcburiyyət qarşısında edib.

Bu, Avropa İnsan Hüquqları Konvensiyasının maddəsinin pozuntusudur.

“Məni vətəndaşlıqdan məhrum edən Azərbaycan hökuməti jurnalist kimi işləməyimə, ölkədəki siyasi hadisələr haqqında məlumat yaymağıma və insan hüquqları haqqında danışmağıma mane olmaq niyyətindədir”, deyə Hüseynov bildirib.

Avropa Məhkəməsində Hüseynovun hüquqlarını Açıq Cəmiyyət Təşəbbüsünün – Açıq Cəmiyyət Fondunun bir qolunun hüquqşünasları müdafiə edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG