Accessibility links

Amal Kluni Xədicə İsmayılovanın həbsdən azad olunacağına ümid edir


Kluni CNN-in efirində Xədicə İsmayıldan danışdı

Kluni CNN-in efirində Xədicə İsmayıldan danışdı

Vəkil Amal Kluni CNN kanalında jurnalistlə bağlı danışıb

Hazırda 7 il yarım həbs cəzası alan Xədicə İsmayılovanın Avropa İnsan Haqları Məhkəməsində müdafiəsini üzərinə götürən vəkil Amal Kluni CNN kanalında jurnalist Kristian Amanpurun qonağı olub.

Veriliş Amal Kluninin hüquqlarını müdafiə etdiyi Maldiv adalarının sabiq prezidenti Məhəmməd Nəşidə həsr olunub.

Bununla belə o, verilişdə jurnalist Xədicə İsmayılova haqqında Amanpurun veridiyi sualı cavablandırıb.

"İndi Xədicə İsmayılovanı müdafiə edirsiniz. Bu jurnalisti mən də tanıyıram. Biz bir neçə il əvvəl ona Nyu Yorkda mükafat vermişik. Hazırda o həbsdədir. Korrupsiya ilə bağlı ittihamlarla və s. Sizin bu məsələ ilə bağlı ümidləriniz necədir”, deyə Kristian Amanpur sual verib.

Amal Kluni jurnalistin həbsinin əsl səbəbinin Əliyev rejiminin korrupsiyasını ifşa etməkdə görür.

“Əvvəlcə onu başqa şəxsi intihara təhrik etməkdə ittiham ediblər. Sonra isə ona qarşı başqa ittihamlar, misal üçün vergidən yayınma, qeyri-leqal sahibkarlıq maddələri yaradıblar.

Mən ümid edirəm ki, biz bu halda ədalət görə biləcəyik. Biz sadəcə leqal prosesdən istifadə edəcəyik.Ona görə ki, Azərbaycan Avropa Şurasının üzvüdür və biz bunu Avropa Məhkəməsinə aparırıq. Bu məhkəmə işi qəbul oluna bilər və bir çox QHT-lər buna qoşulacaq. Çünki düşünürlər ki, Avropa üçün ifadə azadlığı çox vacib işdir. Həm də Azərbaycanda ədalətli məhkəmənin olmamasını göstərmək üçün vacibdir”.

"Onu görə bildinizmi?" sualının cavabında isə Amal Kluni “hələ yox” cavabını verib və bu məhkəmə işini yaxın vaxtlarda götürdüyünü və Strasburq məhkəməsində müdafiə edəcəyini əlavə edib.

“Biz çox ümidlənirik ki, udacağıq, hökumət tabe olacaq və o, azadlığa çıxacaq.”

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, mənimsəmə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib.

Jurnalist ittihamları qəbul etmir. “Amnesty International” Xədicə İsmayılovanı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG