Accessibility links

Azadlıq qəzetinin çapı dayandırılır?


Azadlıq qəzeti
Azadlıq qəzeti

Nəşriyyat borc ödənilməzsə fevralın 18-dən qəzetin çapını dayandıracağını bildirib

Fevralın 18-də “Azadlıq” qəzeti çap olunmaya bilər.

Qəzetin yaydığı məlumatda görə, Azərbaycan Nəşriyyatının rəhbərliyi “Azadlıq” qəzetinə göndərdiyi məktubda qəzetin 2016-cı ilin fevralın 1-nə qədər çap xərclərinə görə nəşriyyata olan borcunun 18342 manat təşkil etdiyi bildirilir. Bununla yanaşı qəzetin kommunal xərclər üzrə borcu 1064 manatdır.

Məktubda daha sonra xəbərdarlıq edilir ki, borcların ödənilməyəcəyi təqdirdə fevralın 18-dən etibarən “Azadlıq” qəzetinin çapı mümkün olmayacaq.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib ki, belə bir vəziyyət redaksiyanın iradəsindən asılı olmadan yaranıb.

“Qasid” mətbuat yayım firması “Azadlıq” qəzetinə olan 69000 manat borcunu ödəməkdən imtina edir. Bu yandan da ikinci devalvasiyadan sonra kağız pulu və çap xərci kəskin bahalaşıb. Başqa bir ciddi problem reklam bazarının üzümüzə bağlı olmasıdır. Bütün bunların nəticəsində redaksiya ağır maliyyə böhranı şəraitində fəaliyyət göstərir”.

Rahim Hacıyev qeyd edib ki, redaksiya ağır maddi çətinlikdədir və kollektiv hazırda simvolik maaşla fəaliyyətini davam etdirir.

“Qəzetin redaksiyası üçün nəşriyyat rəhbərliyinin bu tələbini yerinə yetirmək olduqca çətindir. Ümüd edirəm ki, sədaqətli oxucuların köməyi ilə qəzetin fəaliyyətinin davam etdirilməsi mümkün olacaq”, Hacıyev oxuculara müraciət edib.

XS
SM
MD
LG