Accessibility links

Apellyasiya Məhkəməsi ANS-in MTRŞ qarşı şikayətini təmin etməyib


Milli Teleradio Şurası və ANS (kollaj)

Milli Teleradio Şurası və ANS (kollaj)

Martın 16-da Bakı Apellyasiya Məhkəməsi ANS-in Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha bir iddiasına baxıb.

Report agentliyinin xəbərinə görə, hakim Mirpaşa Hüseynov ANS-in şikayətini təmin etməyib.

Məhkəmə MTRŞ-nın ANS-in cərimələnməsini nəzərdə tutan qərarını qüvvədə saxlayıb.

MTRŞ 23 dekabr 2015-ci ildə 12/12 saylı inzibati tənbeh vermə haqqında qərar çıxarıb. Həmin qərardan ANS Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin qərarı ləğv edərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün Milli Televiziya və Radio Şurasına göndərib. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti həmin məhkəmə qərarından apellyasiya şikayəti verib.

Xatırladaq ki, ötən gün də Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-nın 23 dekabr 2015-ci il tarixində 12/20 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Məhkəmə ANS-in apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG