Accessibility links

AzTV sədrinin Qulu Məhərrəmliyə qarşı məhkəmə işi başlayır [Video]


Hakim AzTV sədrinin məhkəməyə gəlməsi barədə vəsatəti təmin edib
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Hakim AzTV sədrinin məhkəməyə gəlməsi barədə vəsatəti təmin edib

AzTV sədri elmlər doktoru Qulu Məhərrəmlini məhkəməyə verib

Aprelin 1-də Bakının Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun tanınmış teleaparıcı, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin baxışa hazırlıq iclası başlayıb.

Prosesdə Q.Məhərrəmli iştirak edib, A.Alışanovu isə nümayəndəsi təmsil edib.

Proses təxirə salınıb. Məhkəmənin təxirə salınmasına səbəb şikayətçinin prosesdə iştirak etməməsi olub. Belə ki, Q.Məhərrəmli A.Alışanovun prosesdə iştirak etməsinə dair vəsatət qaldırıb.

Alışanovun nümayəndəsi Zaur Abbasovun AzTV sədrinin indiki anda prosesə qatılmasına ehtiyac olmadığını desə də Məhərrəmlinin vəkili onunla razılaşmayıb.

“Şərəf və ləyaqət şəxsiyyətə məxsusdur və onun ayrılmaz hüququdur. Alışanov prosesdə iştirak etməli və Məhərrəmlinin onu təhqir etməsini və böhtan atmasını məhkəməyə izah etməlidir”, vəkil Cavid Rzazadə qeyd edib.

Qulu Məhərrəmli isə bildirib ki, Alışanov məhkəməyə gəlib izahat verməlidir.

“Onun məni nədə günahlandırdığını öyrənmək istəyirəm. Mən adi müsahibə vermişəm və tənqidi fikrimi söyləmişəm. Məhkəməyə gəlib izahat versin ki, məni nədə ittiham edir, ona nə qədər ziyan vurmuşam”, Məhərrəmli qeyd edib.

Növbəti məhkəmə iclasının vaxtı bir həftə ərzində açıqlanacaq.

A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.

Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. Bu işə aprelin 7-də hakim Etibar Hümbətovun sədrliyi ilə baxılacaq. Həmçinin A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG