Accessibility links

AzTV rəhbəri Arif Alışanov məhkəməyə niyə gəlmir? [Video]


Aprelin 8-də Yasamal Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyilə AzTV dövlət telekanalının rəhbəri Arif Alışanovun tanınmış telejurnalist Qulu Məhərrəmliyə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

A.Alışanov şəxsi ittiham qaydasında iddia qaldırıb və Q.Məhərrəmlinin onun ünvanına söylədiyi fikirlərə görə CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. Q.Məhərrəmlini 2 ilədək azadlıqdan məhrumolunma cəzası gözləyir.

Əvvəlki iclasda Q.Məhərrəmlinin vəkili iddiaçının özünün məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Məhkəmə bununla razılaşıb, lakin A.Alışanov yenə məhkəməyə gəlməyib və onu vəkili təmsil edib.

Öz növbəsində Q.Məhərrəmli qeyd edib ki, şərəf və ləyaqətin müdafiəsi şəxsiyyət hüququnun ayrılmaz hissəsidir və bu hüquq başqa şəxsə etibar edilə bilməz.

Lakin hakim A.Tağıyev vəsatəti təmin etməyərək işə mahiyyəti üzrə baxılmasını aprelin 15-nə təyin edib.

Q.Məhərrəmli A.Alışanovun iddiasını Amerikanın Səsinin müxbirinə şərh edərkən bunun əsassız olduğunu bildirib. O, özünün dilçi-alim, elmlər doktoru olduğunu qeyd edərək deyib ki, 30 ildən çoxdur ki, jurnalistika ilə məşğuldur və tənqidi təhqirdən yaxşı ayırır.

Q.Məhərrəmli deyib ki, A.Alışanovu səriştəsizlikdə ittiham edib və özü məhkəməyə gəlib iradlarını bildirsin.

Qeyd edək ki, həm də A.Alışanov Q.Məhərrəmliyə qarşı Nəsimi Rayon Məhkəməsində mülki iddia qaldırıb və ondan 100 min manat (65 min dollar) tutulmasını tələb edir

XS
SM
MD
LG