Accessibility links

Azərbaycan Mətbuat Azadlığı İndeksində 163-cüdür


"Plüralizmin bütün formalarını əzməkdən məmnun qalmayan prezident İlham Əliyev 2014-cü ildə yerdə qalan tənqidçilərinə qarşı durmadan müharibə aparıb. Rüşvətə, şantaja, döyülmələrə və təhdidlərə boyun əyməyən müstəqil jurnalist və blogerlər həbsə atılır. ZerkaloAzadlıq kimi bəzi media orqanları iqtisadi baxımdan boğulur. AzadlıqRadiosu kimi digərləri isə zor gücünə qapadılır. Ən mübariz insanları, yaxud Emin Milli və Qənimət Zahid kimi mühacirətdə yaşayan jurnalistləri özlərinə tabe etdirmək üçün, hökumət orqanları onların ailə üzvlərini təqib edir."

Bu bəyanat “Sərhədsiz Reportyorlar” təşkilatı 2016-cı il üçün Ümumdünya Mətbuat Azadlığı İndeksinn Azərbaycana dair hissəsində yer alır.

Rüşvətə, şantaja, döyülmələrə və təhdidlərə boyun əyməyən müstəqil jurnalist və blogerlər həbsə atılır. Zerkalo və Azadlıq kimi bəzi media orqanları iqtisadi baxımdan boğulur.

Ötən illə müqayisədə (162) indeksdə bir pillə də geriləyən Azərbaycan 163-cü yerdə qərar tutmaqla dünyanın ən repressiv ölkələri sırasında göstərilir.

Təşkilatın məlumatında deyilir ki, dünyadakı ümumi dinamika hər yerdə qorxu və təzyiqin olduğunu göstərir, dövlət orqanları və qeyri-rəsmi şəxslərin KİV üzərində nəzarəti artır.

2016-cı ilin indeksinə 180 ölkə təqdim edilib. Avropa (19,8 bənd) ən azad jurnalistlər zonası olaraq qalır. Onun ardınca (böyük fərqlə) Afrika (36,9) gəlir. Sonra isə Amerika qitəsidir (37,1).

Jurnalistlərə qarşı qəsdlərin sayının artması Latın Amerikasını aşağıya doğru aparır. Sonra Asiya (43,8) və Şərqi Avropa, Mərkəzi Asiya (48,4) gəlir. Yaxın Şərq və Şimali Afrika (50,8) jurnalistlərin hüquqlarına ən az riayət edilən region olaraq qalır.

AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılova prezident İlham Əliyevin ailə biznesi haqda araşdırma apardıqdan sonra həbs edilərək 2015-ci ildə 7 il yarım azadlıqdan məhrum edilib.
AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılova prezident İlham Əliyevin ailə biznesi haqda araşdırma apardıqdan sonra həbs edilərək 2015-ci ildə 7 il yarım azadlıqdan məhrum edilib.

İndeksin yuxarı sıralarını Şimali Avropanın üç ölkəsi tutur: Finlandiya (2012-cu ildən bu yana ilk dəfə), Hollandiya, Norveç. Reytinqdə mühüm dəyişikliklər sırasında vəziyət belədir: jurnalistlərə hücumların sayının və onlara qarşı məhkəmə proseslərinin azalması sayəsində Tunisdə durum yaxşılaşıb (96-cı, +30); Ukraynada münaqişənin səngiməsi sayəsində durum yaxşılaşıb (107-ci, +22).

Digər tərəfdən, Polşanın reytinqinin endiyi görünür (47-ci, -29); Tacikistanın da reytinqi xeyli düşüb (150-ci, -34).

İndeksin sonunda hər zaman olduğu kimi dözülməz üçlük gəlir: Türkmənistan(178), Şimali Koreya (179), Eritreya (180).

“Təəssüf ki, bir çox dövlət liderlərində jurnalistlərə qarşı paranoya baş verir”, “Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi Kristof Delor deyib.

Qorxu atmosferi, diskussiya və plüralizmə nifrətin artması, media sahəsində tələblərin artırılması. Hökumət daha sərt qanunlar qəbul edir.

Postsovet məkanında vəziyyət daha acınacaqlıdır. Ölkələrin üçdə ikisi Mətbuat Azadlığı İndeksində 150-ci sıra ətrafında yer alıb. Bu göstəricilər pisləşməkdə davam edir. Bu il Rusiya senzura və hakimiyyəti tənqid edənlərin təqib olunması fonunda 148-ci yerdədir.

Özbəkistan (166), Qazaxıstan (160), Türkmənistan (178), Azərbaycan (163) və Belarusda dəyişməz despotlar öz sevimli məşğuliyyətindən əl çəkmirlər: uydurma təhlükələrdən yapışaraq öz hakimiyyətlərinə bəraət qazandırmaq üçün sabitliyin olması ilə öyünürlər. Onlara istənilən narazılığı yatırtmaq kifayət etmir: blogerləri itaətə məcbur edirlər, müstəqil jurnalistləri təqib edirlər.

Ukrayna 22 bənd qalxaraq 107-ci mövqeyi tutub.

Gürcüstan (64), Ermənistan (74), Moldova (76), Qırğızıstan (85). Bu ölkələrdə vəziyyət oxşar olmasa da ümumi hal kimi medianın müstəqilliyinin az olması və onlarda güclü qütbləşmənin olması götürülür.

Gürcüstan (64), Ermənistan (74), Moldova (76), Qırğızıstan (85). Bu ölkələrdə vəziyyət oxşar olmasa da ümumi hal kimi medianın müstəqilliyinin az olması və onlarda güclü qütbləşmənin olması götürülür.

Bu regionda sonuncudan əvvəlki yerdə (151) olan Türkiyə Suriya münaqişəsi və PKK ilə qarşıdurma fonunda qeyri-sabit dövrə daxil olub. Prezident Ərdoğanın avtoritar hərəkətləri və ümumi paranoya onsuz da dağınıq cəmiyyətdə münaqişəni daha da dərinləşdirir.

*2002-ci ildən dərc edilən Mətbuat Azadlığı İndeksi 180 ölkədə mətbuat azadlığı ilə bağlı vəziyyəti əks etdirir və plüralizm, media müstəqilliyi, qanunvericiliyin keyfiyyəti və jurnalistlərin müdafiəsinin qiymətləndirilməsinə əsaslanır.

Nəticələr 20 dilə tərcümə edilən və dünyanın hər yerindən ekspertlər tərəfindən doldurulan anketlərə cavabların təhlili əsasında əldə edilib.

Mətbuat Azadlığı İndeksi jurnalist materiallarının keyfiyyətinin göstəricisi deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG