Accessibility links

The Washington Post: Global Magnitsky Aktı dünyada insan haqları fəallarıını qorumağa kömək edəcək


Xədicə İsmayıl:
Xədicə İsmayıl:

"Tez-tez ABŞ-ın yüksək rütbəli rəsmiləri bəzi rejimlərin kobud insan haqları pozuntularını önə çəkmir, yetər ki, həmin rejimlər Amerikanın digər maraqlarına cavab versinlər. Bu anlamda jurnalist Xədicə İsmayılovanın işi özəlliklə narahatlıq yaradır. İsmayılova Bakıda ABŞ-ın maliyyələşdirdiyi Azad Avropa/Azadlıq Radiolarına qoşulmamışdan öncə Vaşinqtonda "Amerikanın Səsi" radiostansiyasında təlim keçib. O, Azərbaycanı idarə edən İlham Əliyev və ailəsinə bağlı korrupsiyanı üzə çıxaran səs-küylü araşdırmalar hazırlayıb. Bu yaxınlarda açıqlanmış "Panama Papers" onun ofşor şirkətlərlə bağlı yazdıqlarını təsdiqlədi. Əliyevlər həmin şirkətlər vasitəsilə qızıl mədənlərində paya yiyələniblər".

Bu barədə "The Washington Post" qəzetinin redaksiya məqaləsində yazılıb.

Yazıda Xədicə İsmayılovanın saxta ittihamlarla 7 il yarım həbsə məhkum edildiyi vurğulanır.

"O, təqibə məruz qalan yeganə jurnalist deyil, ancaq özünü söz azadlığına həsr etmiş ABŞ radiostansiyasının jurnalistidir. Amma Obama administrasiyasının bu işə reaksiyası zəif olub. Jurnalistə hökm oxunanda, Dövlət Departamentinin bəyanatında deyilirdi ki, "Birləşmiş Ştatlar bu işdən dərin narahatlıq keçirir".

Dövlət Departamenti onun buraxılmasına çağırdı. Ancaq cənab Əliyev bu yaxınlarda Vaşinqtonda dövlət katibi John Kerry və vitse-prezident Joe Bidenlə görüşəndə, heç biri açıq şəkildə İsmayılovanın adını çəkmədi. Əliyevin səfərindən öncə digər azərbaycanlı siyasi məhbusların bəziləri azadlığa buraxılmışdı. AzadlıqRadiosunun rəsmisi deyir ki, "Ağ Ev İsmayılovanı prioritet elan etsəydi, onda azadlıqda olardı".

Qəzet yazır ki, beynəlxalq insan haqları pozuntularına dair qanun layihəsini Konqresin təsdiqləməsi həm də Xədicə məsələsinə görə vacibdir.

"Qlobal Magnitsky Aktı" kimi tanınan layihə qəbul olunarsa, hökumət rəsmilərinin qanunsuz fəaliyyətini aşkarlayan insan haqları fəallarına və ya fərdlərə qarşı pozuntu törədən "istənilən xarici şəxsə" ABŞ sanksiyaları tətbiq ediləcək. Bu layihə 2012-ci ildə qəbul olunmuş "Maqnitsky Aktı"nın geniş formasıdır. Kütləvi mənimsəmə mexanizmini üzə çıxaran vəkil Sergei Magnitsky Rusiyada həbsxanada öləndən sonra ABŞ həmin qanunu qəbul edərək, rusiyalı rəsmilərə sanksiya qoymağa başlayıb.

«Obama administrasiyası bir vaxtlar "Magnitsky Aktı"na qarşı çıxırdı, ancaq o vaxtdan bəri 39 rusiyalıya sanksiya qoyub. Qlobal qanunsa Xədicə İsmayılovanın işi kimi məsələlərdə gələcək administrasiyaların tədbir görməsinə yol açar. Ən önəmlisi odur ki, Konqresin uyğun komitə sədrləri və aparıcı üzvləri icra qurumunun diqqətini spesifik hallara çəkə biləcək. Beləcə, icra qurumlarından cavab istəyəcək".

Yazıda qeyd olunur ki, "Qlobal Magnitsky Aktı"nı Senator Benjamin L.Cardin hazırlayıb və dekabrda senatdan keçirib. Layihə indi Nümayəndələr Palatasındadır. Bəzi Administrasiya üzvlərinin fikrincə, sözügedən qanun ABŞ-ın hərəkətlərini insan haqlarıyla bağlı dar çərçivəyə sala, insan haqları kampaniyaçılarını, informasiya ötürənləri də əhatə edə bilər. Bütün bunlarla yanaşı, "The Washington Post" Nümayəndələr Palatasını həmin qanunu tezliklə qəbul etməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG