Accessibility links

Kris Smit: Azərbaycan hökuməti Xədicəni həbsə atmaqla, yol verdiyi pozuntulardan diqqəti yayındıra biləcəyini düşündüsə, yanıldı


Kris Smit

Kris Smit

Kris Smit mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günündə bəyanat açıqlayıb

ABŞ-ın Helsinki komissiyasının sədri, Konqresmen Kris Smit mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günündə bəyanat açıqlayıb.

Konqresmen Rusiyada qətlə yetirilmiş jurnalist Anna Politkovskayanı yada salıb, bu ölkədə öldürülmüş digər jurnalistlərin də qatillərinin hələ tapılmadığını vurğulayıb.

“Ancaq bu gün hamıdan çox Azərbaycan hökuməti tərəfindən təqib olunub həbsə atılmış qorxmaz araşdırımaçı jurnalist Xədicə İsmayılovanı yad edirik”, deyən konqresmen jurnalistin hökumətin yüksək eşelonlarında korrupsiyanı üzə çıxardığına görə təhlükəsizlik orqanları tərəfindən qorxudulduğunu, daha sonra saxta ittihamlarla həbs olunduğunu vurğulayır.

“Azərbaycan hökuməti Xədicəni həbsə atmaqla, yol verdiyi pozuntulardan diqqəti yayındıra biləcəyini düşündüsə, yanıldı. Faktiki olaraq, Xədicənin həbsdə qalması onun aşkarlamağa çalışdığı korrupsiyanı daim yada salır. Onun həbsi yanlış addımdır və dərhal azadlığa buraxılmalıdır”.

Kris Smit ötən ilin dekabrında “Azərbaycan Demokratiya Aktı”nı hazırlayıb. Məqsədin Azərbaycan hökumətinin müstəqil jurnalistləri, müxalifəti və vətəndaş qruplarını susdurmağa yönəlik sistematik cəhdlərinə diqqət çəkmək olduğu bildirilir. Rəsmilərə sanksiya qoyulmaq təklif olunur.

Konqresmenin bu layihəsindən sonra Azərbaycan parlamentində də ABŞ-la bağlı oxşar layihə hazırlandı.

Hakimiyyət təmsilçiləri ölkədə hüquq və azadlıqların pozulmasına dair tənqidləri qəbul etmir.

XS
SM
MD
LG