Accessibility links

Ali Məhkəmə Xədicə İsmayılovanın şikayətinə baxacaq


Xədicə İsmayıl

Xədicə İsmayıl

Mayın 25-də Ali Məhkəmə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın kassasiya şikayətinə baxacaq. Prosesə hakim Əli Seyfəliyev sədrlik edəcək.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev bildirib.

Məhkəmədə Xədicə İsmayılovanın özünün də iştirakı gözlənilir. O, iki dəfə Ali Məhkəməyə məktubla müraciət edərək, prosesdə iştirak arzusunu ifadə edib.

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Xədicə İsmayılova ittihamları rədd edir və jurnalist fəaliyyətinə, hökumət üzvlərinin korrupsiya əməlləri, prezident ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirir.

"Amnesty İnternational" təşkilatı Xədicə İsmayılovanı “vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG