Accessibility links

ABŞ Azərbaycan Ali Məhkəməsinin tədqiqatçı jurnalist Xədicə İsmayılın şərti cəza ilə azad edilməsi barədə qərarını alqışlayır.

Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

"Biz buna müsbət addım kimi baxırıq. Azərbaycan hökumətini Xədicə İsmayılovaya qarşı qalan ittihamları da ləğv etməyə təşviq edirik. Azərbaycan söz azadlığı və siyasi fəaliyyət şəraitini genişləndirməyi davam etdirdikcə, bu yalnız Azərbaycanı və ikitərəfli münasibətlərimizi gücləndirəcək", Dövlət Departamentinin sözçüsü Mark C. Toner qeyd edib.

XS
SM
MD
LG