Accessibility links

İyunun 4-də ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki (Bakıdan 116 kilometr qərb) “Şamaxı” yeməkxanasında çəkiliş apararkən insident baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yeməkxananın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov ATV telekanalının əməkdaşlarını döyüb, onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb.

Toplanmış material rayon prokurorluğuna göndərilib.

Öz növbəsində, Şamaxı rayon prokurorunun köməkçisi Coşqun İsgəndərov Amerikanın Səsinə bildirib ki,polis orqanı hadisə ilə bağlı materialları prokurorluğa təqdim edib. “Hazırda araşdırma başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək”,- o qeyd edib.

ATV telekanalı baş verən hadisəyə hələ münasibət bildirməyib.

Prokurorluq araşdırma aparır.

XS
SM
MD
LG