Accessibility links

Jurnalistin apellyasiya şikayəti təmin edilməyib


Jurnalistin apellyasiya şikayəti təmin edilməyib
Jurnalistin apellyasiya şikayəti təmin edilməyib

Aynur Elgünəş ölkədən xaricə buraxılmır

İyunun 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Qail Məmmədovun sədrliyi ilə jurnalist Aynur Qəhrəmanovanın (Elgünəş) ölkədən çıxışına qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı apellyasiya şikayəini tyəmin etməyib.

Vəkil Elçin Sadıqov facebook bloqunda yazıb ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 26 aprel 2016-cı il tarixli qərarı ilə jurnalist Aynur Qənbərovanın (Elgünəşin) ölkədən çıxışına Meydan.TV-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2. (Qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2. (Vergi ödəməkdən yayınma-külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanılmış və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı davam etdirilən cinayət işi üzrə ölkədən çıxışına qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında şikayət təmin edilməyib. Həmin qərar qanunsuz və əsassız olduğu üçün tərəfimizdən apellyasiya şikayəti verilib.

“Bu gün, Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxdı. Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin nümayəndəsi qabaqlar olduğu kimi, yenə də məhkəmə iclasına gəlməmişdi. Müşavirədən qayıdan məhkəmə kollegiyası bizim apellyasiya şikayətimizi təmin etmədi və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 26 aprel 2016-cı il tarixli qərarını dəyişdirmədən qüvvədə saxladı”, vəkil qeyd edir.

Elçin Sadıqov Apellyasiya Məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir.

“Bu qərar İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırlması hüququ), 10-cu (Fikri ifadə etmək azadlığı), 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ), 18-ci (Hüuqularla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) və 4 saylı Əlavə Protokolun 2-ci maddəsinin (Hərəkət etmək azadlığı) pozulmasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”, o biəyan edib.

Meydan.tv saytı hökuməti tənqidi ilə tanınan müedia qurumudur. Saytın redaksiyası Almaniyada fəaliyyət göstərir. Saytın rəhbəri Emin Milli 2009-2010-cu illərdə Azərbaycanda həbsdə olub. Sonra məhkəmə qərarı ilə azad edilib və xaricə mühacirət edib.

Xatırladaq ki, Aynur Elgünəş iş üzrə bir neçə dəfə istintaqda dindirilib. O cinayət işinin jurnalistlərin fəaliyyətinə qarşı olduğiunu bildirib.

XS
SM
MD
LG