Accessibility links

"Ayna" qəzeti qayıdır, amma elektron formatda


Ayna-Zerkalo qəzetinin baş redaktou Elçin Şıxlı
Ayna-Zerkalo qəzetinin baş redaktou Elçin Şıxlı

"Ayna" qəzeti iki illik fasilədən sonra online versiyada buraxılacaq

"Ayna" qəzeti iki illik fasilədən sonra online versiya ilə oxucularına qayıdır.

Bu barədə Amerikanın Səsinə qəzetin təsisçisi və baş redaktoru Elçin Şıxlı bildirib.

Qəzet elektron şəkildə yalnız köşə yazıları dərc edəcək, cari hadisələri - xəbərləri işıqlandırmayacaq.

Materiallar Azərbaycan dilində hazırlanacaq.

"Ayna"nın yeni versiyası kommersiya layihəsi deyil. Bütün iştirakçılar ödənişsiz işləmək niyyətindədirlər, deyə redaktor qeyd edib.

"Ayna" nəzdində internet televiziyasının fəaliyyəti yenilik olacaq. Televiziyanın işinə İbrahim Nəbioğlu, Qulu Məhərrəmli, Rauf Mirqədirov və digər məşhur jurnalistlər cəlb olunacaq.

"Ayna-Zerkalo" maliyyə problemləri ilə əlaqədar 2014-cü ildə buraxılışını dayandırıb. Bundan əvvəl qəzetin aparıcı icmalçısı Rauf Mirqədirov həbs olunub.

Mirqədirov 2014-cü ilin aprel ayında Ermənistanın xeyrinə casusluq etməklə dövlətə xəyanət ittihamı ilə həbs olunub. Sonradan o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi real həbs müddətini 5 il sınaq müddəti olmaqla, şərti cəza ilə əvəz edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG