Accessibility links

Jurnalist Qənimət Zahidin qohumlarına 6 il həbs cəzası


Rüfət Zahidov və Rövşən Zahidov (Foto Qənimət Zahidin facebook səhifəsindən götürülüb)

Rüfət Zahidov və Rövşən Zahidov (Foto Qənimət Zahidin facebook səhifəsindən götürülüb)

İyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə hazırda Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işində hökm oxunub.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil məhkəmənin qərarını qanunsuz qiymətləndirərək hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Rüfət və Rövşən Zahidov ötən ilin iyulunda həbs ediliblər.

İctimaiyyət hesab edir ki, həbsin əsl səbəbi peyklə yayımlanan "Azərbaycan saatı" televiziya verilişinin rəhbəri olan Qənimət Zahidin müxalif jurnalist fəaliyyətidir.

XS
SM
MD
LG