Accessibility links

“Sərhədsiz Reportyorlar” Qənimət Zahidin qohumlarının cinayət təqibini pisləyib


Sərhədsiz Reportyorlar:

Sərhədsiz Reportyorlar:

"Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist təşkilatı siyasi mühaciərtdə olan jurnalist Qənimət Zahidin iki qohumu barəsində Azərbaycanda 6 il azadlıqdan məhrumetmə hökmünü pisləyib.

Onlar uydurma narkotik saxlamaq ittihamı ilə həbs ediliblər, Azərbaycanın avtoritar rejimi hökumət tənqidçilərinə qarşı bu ittihamdan tez-tez istifadə edir.

Zahidin əmisi oğlu və qardaşı oğlu - Rövşən Zahidov və Rüfət Zahidov barəsində hökm iyunun 28-də, onlar ilkin həbsdə 1 il saxlandıqdan sonra çıxarılıb.

Zahid xaricdən yayımlanan “Azərbaycan saatı” adlı televiziya proqramının aparıcısı və “Azadlıq” qəzetinin baş redaktorudur.

"Bu, hakimiyyətin artıq ölkəni tərk etmiş müstəqil jurnalistlərin və hüquq müdafiəçilərinin ailə üzvlərini hər cür məhkəmə, maliyyə və s. təzyiqlərə məruz qoyduğu ilk hal deyil", təşkilatın bəyanatında deyilir.

Zahid özü qohumlarının həbsini “dövlət terroru” adlandırıb.

“Görünür, jurnalist fəaliyyətimdən əlavə olaraq, indi də Azərbaycanda dövlət terroru məsələsi ilə bağlı geniş beynəlxalq müzakirələr başlatmalı olacağam. Düşünürəm ki, insanların başqalarından qisas almaq məqsədilə girov götürüldüyü bir halda “terror” termini tamamilə yerinə düşür”, Zahid bildirib.

“Əliyev rejimi KİV azadlığına qarşı total müharibəni davam etdirir. O, bir neçə məşhur jurnalisti azad edə, amma eyni zamanda repressiv metodlarındakı amansızlığında heç bir dəyişiklik olmadan başqalarını həbs etməyə davam edə bilər. Beynəlxalq ictimaiyyət Azərbaycanda plüralizmin bərpasını və despotizmə son qoyulmasını tələb etməkdə davam etməlidir”, deyə Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə müdiri Yohan Bir bildirib.

Azərbaycan Sərhədsiz Reportyorların Dünyada Mətbuat Azadlığı indeksində 180 ölkə arasında 163-cü yeri tutur.

XS
SM
MD
LG