Accessibility links

Jurnalistin şikayəti təmin edilməyib


Sevinc Vaqifqızı (Foto Meydan TV-nin səhifəsindən götürülüb)
Sevinc Vaqifqızı (Foto Meydan TV-nin səhifəsindən götürülüb)

İyulun 25-də Nəsimi rayon Məhkəməsində jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına qoyulan qadağaya dair verilən şikayətə baxılıb.

Bu barədə vəkil Şəhla Hümbətova Meydan TV-yə məlumat verib.

Hakim Şəlalə Həsənova bu işə məhkəmə nəzarət qaydasında baxılmasını doğru hesab etməyərək şikayəti təmin etməyib.

Sevinc Vaqifqızı sentyabrın 20-də Ukraynadan qayıdarkən Hava Limanında saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlığa Mübarizə İdarəsinin (BMCMİ) onun ölkədən çıxışına qadağa qoyduğu bildirilib.

Jurnalist bu qadağanın Meydan TV ilə bağlı açılan cinayət işinə dair olduğunu deyib.

İyulun 25-də həmçinin Nərimanov rayon məhkəməsində Sevinc Vaqifqızının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bir gecə saxlanması ilə bağlı şikayətinə baxılıb. BMCMİ nümayədəsinin prosesə qatılmaması səbəbindən proses təxirə salınıb.

Jurnalistlər Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva sentyabrın 20-də Ukraynadan qayıdarkən Hava Limanında saxlanılıb və BMCMİ-yə gətiriliblər. Onlar yalnız sentyabrın 21-də idarədən buraxılıblar. Jurnalistlərin saxlanması ilə bağlı qərar onlara təqdim olunmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG