Accessibility links

AzadliqRadiosu-nun TürkSat peykində "Kanal V"-dəki proqramı yayımdan çıxarılıb


Azadlıq radiosu
Azadlıq radiosu

Avqustun 8-dən AzadliqRadiosu-nun TürkSat peykində "Kanal V"də həftəiçi hər gün axşam saat 8-də efirə gedən gündəlik "Azadliq A-Live" proqramı yayımdan çıxarılıb.

Bu barədə Azadlıq Radiosu özü məlumat yayıb.

Radionun məlumatına görə, kanal göndərdiyi rəsmi məktubunda bu addımının səbəbini açıqlamır.

Azərbaycanda - özəlliklə sentyabrda planlasdırılan referendum ərəfəsində, ictimaiyyətin müstəqil xəbər almaq haqqını təmin etmək üçün AzadlıqRadiosu TV və Radio formatlarında verilişlərini davam etdirəcək.

"Azadliq A-LIVE" televiziya proqramını hər gün eyni vaxtda - Baki vaxtı ilə axşam saat 8-də AzadlıqRadiosu-nun Facebook səhifəsində, Youtube kanalında, www.azadliq.org internet ünvanında və SMART TV-lərdə RFE/RL APP vasitəsilə izləmək olar.

Azadlıq radiosunu canlı İnternetlə bu linklər vasitəsilə dinləmək olar:

- İnternetdə canlı

- AzadlıqRadiosu-nun streaming-i

- Smartfonlar-da (RFERL apps-lər vasitəsilə və peyk kanallarında bizi oxumaq, dinləmək, həm də bizə baxmaq olur)

«Türksat 1c» 42o peyki (səs yayımı):

Kanalın adı: Azadliq VOA Azeri - radio bölümündə (ümumi axtarışla tapılır)
Tezlik: 11.976 Mhz
Polyarizasiya: Horizontal
Sürət: 27.500 Msps

AzadlıqRadiosu

Qeyd edək ki AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinin ofisi 2014-cü ilin dekabrında qapadılıb.

Bundan öncə radionun araşdırmaçı jurnalisti Xədicə İsmayılova həbs edilib. Bütün ittihamları rədd edən jurnalist bu il mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxılıb. Xədicə İsmayılovanın kassasiya şikayəti üzrə Ali Məhkəmənin qərarına görə AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyi qanuni fəaliyyət göstərib, vəzifə səlahiyyətlərindən sui-istifadə halı olmayıb və Xədicə İsmayılova mənimsəmə ittihamı üzrə bəraət alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG