Accessibility links

Cavid Hüseynov həbsdən azad edilib


Cavid Hüseynov azad edilib
Cavid Hüseynov azad edilib

Oktyabrın 12-də Bakı Apelyasiya Məhkəməsi jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı cinayət işi üzrə həbs edilən "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovu həbsdən azadlığa buraxıb.

Bu barədə C.Hüseynovun vəkili Adəm Məmmədov Amerikanın Səsinə bildirib.

Cavid Hüseynov və vəkil Adəm Məmmədov (Foto Adəm Məmmədovun facebook səhifəsidəndir)
Cavid Hüseynov və vəkil Adəm Məmmədov (Foto Adəm Məmmədovun facebook səhifəsidəndir)

2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən jurnalist Rasim Əliyev müalicə aldığı xəstəxanada vəfat edib. O, “Facebook” səhifəsində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov haqda tənqidi fikir yazdıqdan sonra futbolçunun qohumları onu təhdid edib və döyüb.

Jurnalistin ölüm işi üzrə 6 nəfərin adı keçib. Onlardan 5 nəfəri Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib.

C.Hüseynovun işi isə ayrıca icraata götürülərək Səbayel Rayon Məhkəməsində baxılıb. Bu il mayın 31-də Səbayel Rayon Məhkəməsi C.Hüseynovu Cinayət Məcəlləsinin 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.

Vəkil Adəm Məmmədovun sözlərinə görə, hökmdən verilmiş şikayət üzrə məhkəmənin qərarına görə C.Hüseynovun həbsdə qaldığı 1 il 2 ay müddəti hesablanıb və o cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Jurnalist Rasim Əliyevin ailəsi məhkəmənin qərarından narazıdır.

"Məhkəmənin qərarını olduqca pis qarşılayırıq. Cavid Hüseynovun azadlığa buraxılması ailəmiz üçün böyük dərddir. Biz onu Rasimin ölümündə iştirakçı kimi qəbul edirik. Məhkəımənin qəraraı ağlasığmazlıqdır", jurnalistin atası Məmmədəli Əliyev Amerikanın Səsinə bildirib.

M.Əliyev ailəsinin Cavid Hüseynovu heç zaman bağışlamayacağını deyib. "Mayın 27-də Hüseynovun dayısı onun bağışlanması üçün xahişə gəlmişdi, ailəmiz onu qəbul etmədi", ata qryd edib.

O ailənin vəkilləri ilə məsləhətləşdikdən sonra müvafiq addımlar atılacağını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG