Accessibility links

Media Hüquqları İnstitutu “KİV haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlara yeni düzəlişlərdən narahatdır


Rəşid Hacılı

Rəşid Hacılı

Rəşid Hacılı hesab edir ki, ifadə azadlığı üçün ciddi təhlükələr yarada bilər

Media Hüquqları İnstitutu (MHİ) “Dini etiqad azadlığı haqqında” və “KİV haqqında” qanunlara düzəlişlər layihəsi ilə bağlı narahatlığını ifadə edib.

Bu barədə Turan Agentliyi məlumat verir.

Təşkilatın rəhbəri Rəşid Hacılının yaydığı sənəddə deyilir ki, qanun layihələrinin baxılması üçün Milli Məclisin plenar iclasına çıxarılmasına baxmayaraq, parlamentin saytında bu iki sənədin mətni dərc olunmayıb.

Təşkilat hesab edir ki, düzəlişlərin layihələndirilməsi, müzakirəsi və qəbulunda şəffaflıq prinsipi pozulub.

“İlkin məlumatlara görə, “Dini etiqad azadlığı haqqında” qanuna dini ekstremizmdə təqsirləndirilən dini təşkilatların ləğvi qaydasını müəyyən edən düzəlişlər nəzərdə tutulur. Siyasi və dini ektremizmin açıq-aydın tərifi verilən qanunların olmadığı bir şəraitdə sözügedən düzəlişin qəbulu dini etiqad azadlığının həyata keçirilməsinə qanunsuz müdaxilələrə gətirib çıxara bilər”.

Rəşid Hacılı bildirir ki, KİV haqqında qanuna təklif olunan düzəliş də onsuz da sərt məhdudiyyətlərə məruz qalan ifadə azadlığı üçün ciddi təhlükələr yarada bilər.

“Dini azadlıqların həyata keçirilməsindən sui-istifadə hallarına qarşı polisin və təhlükəsizlik orqanlarının iki rolu: həm əməliyyatları həyata keçirməsi, həm də bu hadisələrin işıqlandıran mətbuat üzərində birbaşa senzorluq etməsi yolverilməzdir. Belə məhdudlaşdırma legitim əsaslardan məhrumdur və demokratik prinsiplərlə idarə olunan ölkədə nə insan haqları, nə də səmərəlilik baxımından zəruri sayıla bilməz”.

XS
SM
MD
LG