Accessibility links

Məhkəmə Xədicə İsmayılovanın iddiasını təmin etməyib


Xədicə İsmayıl

Xədicə İsmayıl

Jurnalist Bakı şəhər Prokurorluğuna qarşı iddia qaldırıb

Oktyabrın 18-də Səbayel Rayon Məhkəməsində jurnalist Xədicə İsmayılovanın Bakı Şəhər Prokurorluğuna qarşı iddiasını təmin etməyib.

Jurnalist intihar həddinə çatdırma ittihamı ilə üç ay əsassız olaraq həbsdə saxlanmasına görə kompensasiya ödənilməsini tələb edib. Üçüncü şəxs kimi işə Maliyyə Nazirliyi cəlb olunub.

X.İsmayılova 2014-cü il dekabrın 5-də CM-in 125-ci maddəsilə ittiham olunaraq həbs edilib. O, 2015-ci il martın 6-dək həbsdə saxlanılıb. 2015-ci il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi X.İsmayılovanı iqtisadi cinayətlərə görə 8,5 il müddətinə azadlıqdan məhrum edərkən ona CM-in 125-ci maddəsi üzrə bəraət verilib. Beləliklə, 5 dekabr 2014-cü ildən 6 mart 2016-cı ilədək, yəni 91 gün X.İsmayılova qanunsuz olaraq həbsdə saxlanılıb.

Vəkil Yalçın İmanov Turan-a bildirib ki, həmin müddətdə iddiaçı qazancdan məhrum olub, hüquqi yardım, mədəsində əməliyyat keçirdiyinə görə pəhriz yeməyinin hazırlanıb təcridxanaya gətirilməsi üçün xərc çəkib. O, maddi zərəri 9030 manat həcmində dəyərləndirib və mənəvi zərərə görə də daha 20 min manat tələb edib.

Lakin Bakı prokurorluğunun və Maliyyə Nazirliyinin nümayəndələri iddiaya qarşı çıxıblar və məhkəmə onu təmin etməyib. Müdafiə tərəfi qərardan şikayət vermək niyyətindədir və perspektivdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Bu il mayın 25-də Ali Məhkəmə mənimsəmə və vəzifə səlahiyyətindən sui- istifadə ittihamlarını jurnalistin üzərindən götürərək real həbs cəzasının müddətini 3,5 il şərti cəza ilə əvəzləyib. Avqustun 8-də isə şərti cəzanın müddəti 2 il 3 ayadək azaldılıb.

XS
SM
MD
LG