Accessibility links

Dünyada tanınmış 100 qadının siyahısında Xədicə İsmayıl da var


Xədicə İsmayıl
Xədicə İsmayıl

BBC 2016-cı ildə dünyada tanınmış 100 qadının siyahısını açıqlayıb.

Dünyanın müxtəlif öılkələrini əhatə edən bu siyahıya mədəniyyət, din, elm və tüexnika, biznes, səhiyyə, idman, insan haqları, jurnalistika və siyasi sahələrdə çalışan və mübarizə aparan tanınmış qadınların adları salınıb.

Siyahıda azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayıl da var.

http://www.bbc.com/news/world-38012048

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə CM-nin 125-ci maddəsilə bəraət verilsə də, o, vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə də jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.

X.İsmayıl ittihamları rədd edir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.

Bununla yanaşı, BBC-nin siyahısında irqçiliyə qarşı mübarizə aparan amerikalı pedaqoq, fəal və feminist Jane Elliott, Fransada müsəlman qadınlar və azlıqlara yol açan keçmiş ədliyyə naziri Rəşidə Dati, Rusiya xarici işlər nazirliyinin sözçüsü, siyasi xadim və diplomat Mariya Zaxarova, Bəlucistanın Pakistandan ayrılaraq müstəqil olması uğrunda mübarizə aparan siyasi fəal Karima Baloch kimi tanınmış qadınların adları var.

XS
SM
MD
LG