Accessibility links

Apellyasiya məhkəməsində Faiq Əmirlinin şikayətinə baxılıcaq


Şikayət hakim Faiq Qasımovun icraatına verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan apellyasiya şikayəti verilib. Şikayət artıq icraata götürülüb.

Bu barədə F.Əmirlinin vəkili Aqil Layıcov məlumat verib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi şikayətə yanvarın 16-da baxacaq. Şikayət hakim Faiq Qasımovun icraatına verilib.

Apellyasiya şikayətində həbs müddətinin uzadılmasının qanunsuz olduğu, həmin qərarın ləğvi, F.Əmirlinin məhkəməyə qədər azadlığa buraxılması istənilir.

F. Əmirli ötən il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib. Daha sonra onun həbs müddəti artırılıb.

Sonuncu dəfə Nəsimi Rayon Məhkəməsi belə qərar vermişdi. Həmin qərara əsasən, F.Əmirli mart ayının 12-dək həbsdə saxlanacaq.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülenlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır. Fetullah Gülenin özü də çevrilişi himayə etməsi ilə bağlı deyilənləri yalanlayıb.

Hazırda AXCP-nin 10-dan çox fəalı həbsdədir. Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG