Accessibility links

O, mədə xorasından əziyyət çəkir və həbsdən sonra xəstəliyi kəskinləşib. Son iki gündə yemək yeyə bilmir

"Azadlıq” qəzetinin maliyyə direktoru, həbsdə olan Faiq Əmirovun səhhəti pisləşib.

O, mədə xorasından əziyyət çəkir və həbsdən sonra xəstəliyi kəskinləşib. Son iki gündə yemək yeyə bilmir.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev bildirib.

Vəkil F.Əmirovun xəstəliyi barədə beynəlxalq təşkilatları məlumatlandırmaq və həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırmaq niyyətindədir.

Vəkilin sözlərinə görə, F.Əmirovun həbsxana xəstəxanasına köçürülməsinin mənası yoxdur, çünki onun xüsusi qidaya ehtiyacı var.

F.Əmirov 2016- ilin avqustunda türkiyəli din xadimi Fətullah Gülənlə əlaqələrdə ittiham olunaraq həbs edilib. Belə ki, Ankara Güləni ötən il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhdin təşkilatçısı elan edib.

F.Əmirova qarşı CM-in 168.1 (dini ayinlərin icrası adı altında insan haqlarına qəsd) və 283.2.2 (dini ədavətin qızışdırılması) maddələri ilə ittiham irəli sürülüb.

F.Əmirov və demokratik ictimaiyyət bu ittihamları absurd hesab edir. Onlar həbsin əsl səbəbinin “Azadlıq” qəzetinin işini pozmaqdan ibarət olduğunu deyir.

XS
SM
MD
LG