Accessibility links

Blogerin qohumları polisə aparılıb


Orduhan Temurxan
Orduhan Temurxan

Onlardan mühacirətdə olan Orduxan Temurxanın tənqidi yazılarını dayandırması tələb edilib

Fevralın 18-də Hollandiyada yaşayan azərbaycanlı bloğer Orduxan Teymurxanın bacıları Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılıb.

Bu barədə Meydan TV-yə blogerin özü məlumat verib. Onun sözlərinə görə, zəng gəlib və bacılarının polisin əlində olduğu bildirilib. Teymurxan polis əməkdaşları ilə telefon danışığının səs yazısını da Meydan TV-yə təqdim edib.

Adını açıqlanmayan polis əməkdaşı O.Teymurxana, - "Sən kişi olsaydın bacılarını bura gətirməzdik",-deyir və onu hədələyir.

Bloğerin sözlərinə görə, ailəsi onun xaricdəki fəaliyyətinə və Azərbaycan hakimiyyətinə qarşı söylədiyi tənqidi fikirlərinə görə incidilir. Ailəsindən O,Teymurxanın fəaliyyətinə son qoyması tələb edilir.

Bir müddət əvvəl bloğerin bacısı, bacısı oğlu və yeznəsi mətbuat vasitəsilə ondan imtina etdiklərini bəyan edib.

Meydan TV 32-ci polis bölməsi ilə əlaqə saxlayıb. Özünü bölmənin rəisi kimi təqdim edən şəxs, - "əməkdaşlarımızı iş dalınca göndərmişəm, bölməyə heç bir qadın gətirilməyib", - cavabını verib.

Blogerin qohumlarının polisə aparılması ilə bağlı xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hətta ictimai-siyasi xadimlər məsələyə tənqidi münasibət bildirib.

Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində yazır ki, bloğer Orduxan Teymurxanlının bacılarının başına gətirilən müsibət, onlarla bağlı baş verənlər çox dəhşətlidir.

“Xaricdə yaşayan Orduxanın bloger fəaliyyətini dayandırmaq üçün təzyiq vasitəsi kimi bacılarının və yaxın qohumlarının polisə aparılması və başqasının fəaliyyətinə görə onların döyülməsi, təhqir edilməsi dəhşətli faktdır. Amma yeganə hadisə deyil. Biz tez-tez müxtəlif rayonlardan belə məlumatlar alırıq. Hazırda belə hallar Azərbaycan polis orqanlarının adı iş metoduna çevrilib. İlham Əliyevin Azərbaycan xalqına vəd etdiyi hüquqi dövlətin əsl mahiyyəti bax bundan ibarətdir. Hətta, XX əsrin ən böyük diktatoru İosif Stalin belə bəyan etmişdi ki, oğul atanın, ata oğulun, bacı qardaşın əməllərinə görə məsuliyyət daşımır. On minlərlə xalq düşməninin uşaqları ali məktəblərdə oxuyurdu. Orduxanın bacıları ilə bağlı aşkarlanan dəhşətli fakt bir daha təsdiq etdi ki, DİN konstitusyon nəzarətdən çıxıb, necə ki, az əvvəl keçmiş MTN konstitusyon nəzarətdən çıxmışdı. Mən hələ 2006-2007-ci illərdən mətbuatda yazırdım ki, polis işçilərinin kütləvi şəkildə təhlükəsizlik orqanlarına yüksək vəzifələrə təyin edilməsi böyük fəlakətlərə gətirib çıxaracaq, ölkənin təhlükəsizlik sisteminə ağır zərbə vuracaq. Elə də oldu. Amma keçmiş MTN, DİN-də, onun “Banditizm” idarəsində, ayrı-ayrı polis orqanlarında törədilən qanunsuz əməllərə ancaq həsəd apara bilər. Orduxanın bacıları ilə bağlı baş verənlər bunun kiçicik bir epizodudur”, Milli Şuranın sədri yazır.

Öz növbəsində, Daxili İşlər Nazirliyi hələ baş verənlərlə bağlı münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG