Accessibility links

“Azadlıq” qəzetinin redaktoru prokurorluqda dindirilib


Rövşən Hacıbəyli
Rövşən Hacıbəyli

Fevralın 21-də “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Bu barədə Rövşən Hacıyevin özü Amerikanın Səsinə bildirib.

Bununla yanaşı, “Azadlıq” qəzetinin yazarı Şahvələd Çobanoğlu və digər əməkdaşlarının da yaxın günlərdə prokurorluqda dindiriləcəyi gözlənilir.

Fevralın 18 və 20-də “Azadlıq” qəzetinin daha 6 əməkdaşı, İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Azadlıq.infi saytı dindirilənlərə istinadən bildirir ki, onlara qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib.

Qəzetin əməkdaşları bundan əvvəl də dindiriliblər.

“Azadlığ”ın əməkdaşları qəzetin maliyyə direktoru Faiq Əmirliyə qarşı qaldırılan cinayət işi üzrə dindirlir.

F.Əmirli 2016-cı il avustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin mili, irqi, dini ayrı-seçkilik və dini nifrəti qızışdırmaq kimi ittihamlar iərli sürülüb. F.Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunur.

O bu ittihamları rədd edir, “Azadlıq” qəzetinə təzyiq kimi dəyərləndirir. Əmirli həbs edildikdən sonra qəzetin çapı dayanıb. Belə ki, qəzetin bank hesabında maliyyə direktorunun imzası təsdiq olunub, bank digər imzanı qəbul etmir.

Faiq Əmirliyə qarşı vergi ittihamı irəli sürülməsə də istintaq orqanının təklifi ilə “Azadlıq” qəzetinin 2010-2016-cı illər fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilib. Qəzet qanunvericiliyi əsas tutaraq səyyar vergi yoxlamasının fəaliyyətin yalnız son üç ilini əhatə edə bilməsi ilə bağlı məhkəməyə şikayət edib. Məhkəmə qəzetin şikayətini təmin etməyib.

XS
SM
MD
LG