Accessibility links

Mehman Hüseynovun şikayəti üzrə məhkəmə başlayıb [Video]


Mehman Hüseynovun məhkəməsindən reportaj
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Mehman Hüseynovun məhkəməsindən reportaj

Bloger məhkəmədə iştirak edib

Martın 27-də Bakının Səbael Rayon Məhkəməsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru, bloger Mehman Hüseynovun saxlanıldığı zaman işgəncələrə məruz qalması ilə bağlı nəzarət qaydasında verdiyi şikayət üzrə məhkəmə başlayıb.

Şikayətə baxış hakim Aytən Əliyevanın sədrliyi ilə qapalı keçirlir. Mehman Hüseynov prosesdə iştirak edib.

Bu il yanvarın 10-da bloger barəsində inzibati iş üzrə məhkəmə prosesindən sonra Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis Bölməsində işgəncələrə məruz qaldığını bəyan edib. O, yanvarın 9-da axşam mülki geyimli şəxslər tərəfindən saxlanaraq polisə aparılıb.

Nəsimi Rayon Məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında işgəncə faktının araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna müraciət edib. Amma, prokurorluq cinayət işi açmaqdan imtina edib.

Müdafiə tərəfi prokurorluğun bu qərarından məhkəməyə şikayət verib.

Hüseynovun işgəncələrə məruz qalması haqqında bəyanatları ona qarşı xüsusi cinayət ittihamı qaydasında böhtan maddəsi icinayət işi qaldırlmasına əsas olub. İddiaçı Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevdir. Bu iddia əsasında Hüseynov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bir çox beynəlxalq təşkilatlar Hüseynov barəsində hökmü pisləyib, onun blogerlik və hüquq müdafiə fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

Bu günki məhkəmə iclasından sonra vəkillər Elçin Sadıqov və Fuad Ağayev deyib ki, prokurorluğun blogerə işgəncə verilməsi barədə şikayət üzrə cinayət işi qaldırılmasından imtina etməsi qərarının Hüseynova və vəkillərə təqdim edilməsi barədə vəsatət qaldırıblar. Hakim vəsatəti təmin edib.

“Ümid edirik ki, martın 28-dək prokurorluğun qərarı bizə təqdim ediləcək. Müdafiə tərəfi və bloger prokurorluğun qərarı ilə tanış olduqdan sonra məhkəmə davam etdiriləcək. Bu səbəbdən proses martın 28-i saat 14-dək təxirə salındı”, vəkil Fuad Ağayev jurnalistlərə deyib.

Vəkil Elçin Sadıqov isə müdafiə tərəfinin əlavə şahidlərin məhkəməyə gətirilməsi, ekspertiza təyin olunması barədə vəsatətlər qaldırdığını deyib.

“Biz həmçinin blogerin işgəncəyə məruz qalıb-qalmamasını təsdiq etmək üçün onun saxlanıldığı küçədəki, Nəsimi rayon Polis İdarəsindəki, 22-ci Polis Bölməsindəki video kameralardan çıxarışların və Hüseynov işgəncəyə məruz qalarkən çəkilmiş video görüntünün məhkəməyə təqdim edilməsi barədə də vəsatət qaldırdıq”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG