Accessibility links

Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı olub


Atletlər kəndi
Atletlər kəndi

Prezident İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 25-də Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Atletlər kəndi
Atletlər kəndi

Məlumatda deyilir ki, Atletlər kəndində 13 yaşayış və bir inzibati bina fəaliyyət göstərir. Yaşayış binalarındakı 1042 mənzildə 7499 nəfərin qalması üçün hər cür şərait var.

Media kəndindəki dörd yaşayış binasında isə ümumilikdə 536 mənzil var ki, burada da 1830 nəfər qala bilər.

XS
SM
MD
LG