Accessibility links

Bu gün Rusiya baş naziri deyib ki, Rusiya ordusunun Suriyada məqsədi ölkəsinin milli maraqlarını müdafiə etmək, prezident Bəşar Əl-Əsədi hakimiyyətdə saxlamaq deyil, İslam Dövlətini məğlub etməkdir.

Rossiya TV telekanalına müsahibəsində Dmitri Medvedyev bildirib ki, Rusiyanı gələcəkdə Suriyanı kimin idarə edəcəyi maraqlandırmır, yalnız bu İŞİD olmasın: "Bu, sivil və legitim hökumət olmalıdır"

Medvedyevin sözlərinə görə, Birləşmiş Ştatlar və başqa dövlətlər siyasi məsələləri müzakirə etməlidir. Bir gün öncə isə Medvedyev başqa bir müsahibəsi zamanı yenidən ABŞ-ın tənqid etmiş və Vaşinqtonu Rusiya və Suriya ilə danışıqlar aparmamaqda ittiham etmişdi. O, ABŞ-ım mövqeyini "axmaq" adlandıraraq deyib ki, ABŞ-ın həyata keçirdiyi hava hücumu kampaniyasının effektivliyi demək olar ki, "sıfra bərabər" olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu gün Suriyada 36 hücum həyata keçirilib və İslam Dövlətinin Həma, İdlib, Lakatiya, Dəməşq və Hələb regionlarında 19 hədəfi vurulub. Bununla yanaşı, Pentaqon bəyan edib ki, hərbi koalisiya qüvvələri İŞİD-ə qarşı Suriyada iki, İraqda isə 19 hava hücumu həyata keçirilib. Son hücumlar İraq hökuməti ilə kordinasiya edilib.

XS
SM
MD
LG