Accessibility links

Mega Millions lotereyasında uduş məbləğı 508 milyon dollara çatdırılıb


ABŞ-da çərşənbə günü keçirilən Mega Millions lotereyasının qalibi olmayıb. Bu isə o deməkdir ki, cümə günü oynanılacaq lotereyada uduş məbləğı 508 milyon dollara çatdırılacaq. Bu, ABŞ tarixində yeddinci ən böyük uduş məbləğı hesab edilir.

Sonuncu dəfə martın 8-dən sonra oyun 34 dəfə uduşsuz davam edib. Bundan əvvəl uduşsuz oyun rekordu 22 dəfə olmuşdu.

Ölkə tarixində ən böyük 1.6 milyard dollar dəyərində Powerball cekpot bu il yanvar ayında üç ştatda oyunçular tərəfindən udulmuşdu.

Meqa Millions lotereyası Vaşinqton DC və ABŞ-ın Virginiya adaları da daxil olmaqla Amerikanın 44 ştatında keçirilir. Oyunun qaydaları isə belədir.

Oyunçu 1 və 75 arasında beş rəqəm və bir 1 və 15 arasında `Mega` rəqəm seçir. Altı rəqəmin lotereyada birlikdə çıxması və uduş şansı 258,890,850-da 1-dir.

XS
SM
MD
LG