Accessibility links

Bir günahsız edam məhbusunun hekayəsi [Video]


Amerikada son 36 ildə 1300 insanın ölüm hökmü icra edilib. Lakin bu müddət ərzində 130 məhbusa ya bəraət qazandırılıb, ya da ki, kifayət qədər dəlil olmadığına görə onlar günahsız elan edilib.

Şucaa Graham onlardan biridir. 62 illik həyatının çox hissəsini o, həbsdə keçirib. Əvvəlcə Graham 11 il, daha sonra isə 7 il həbsə məhkum edilib. 18 yaşında o, oğurluq ittihamı ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Graham yazıb oxumağı həbsxanada öyrənib. Lakin onun məhkumiyyət müddəti məhbusların qiyamı vaxtına təsadüf etmişdi. “Yeni təlim sahəsi açılmışdı. Orada 3 qaradərili öldürülmüş və hərəkata məhz bu səbəb olmuşdu. Məhbuslar öldürüləcəklərini düşünərək, birləşib, bərabər ölmək qərarına gəlmişdi.”

Graham həbsxana keşikçisinin qətlində günahlandırılır. Gələn 8 ili o, günahsızlığını sübut etməyə sərf edir. Lakin məhkəmənin qərarı edam olur. “Ölümə getmək istəyirdimmi? Əlbəttə yox, lakin hökm mənim ölümümü tələb edirdi. Mən siyasətə qoşulub, həbsxanada baş verənləri dünyaya açıqlamağa başladım.”

Nəhayət 4 məhkəmə prosesindən sonra Grahama bəraət qazandırılır. O vaxtdan 35 il sonra o, həyatını yanlış ittihamla mübarizəyə həsr edir.“Heç kim itirilmiş illərimi qaytara, fiziki və psixoloji yaralarımı silə bilməyəcək. Lakin mən başıma gələnlərin heç kimə nəsib olmamasına çalışıram. ”

İndi o, ölüm hökmü altında olan insana bənzəməsə də, onun xanımı Grahamın daimi ağırlıq daşıdığını deyir.“Artıq uzun müddətdir bərabərik. O, hələ də iztirab çəkir. Həyatı formalaşdığı yeniyetmə yaşlarında o, işgəncələrə məruz qalıb, ömürlük və ölüm hökmləri altınada olub.”

Graham indi “Günahsızlıq şahidi” təşkilatının fəal üzvlərindəndir. Amerikada ötən il 43 məhbusun ölüm hökmü icra edilib. Onlardan biri ola biləcək Graham bir gününün belə “Nə ola bilərdi?” sualı olmadan keçirmədiyini deyir.

Ölüm cəzası
please wait
Embed

No media source currently available

0:00 0:02:42 0:00
XS
SM
MD
LG