Accessibility links

Azərbaycanda cəza çəkən 28 iranlı məhbus ölkələrinə verilib


Qobustan həbsxanası

Qobustan həbsxanası

Yaxın zamanlarda daha 52 məhbusun İrana verilməsi gözlənilir

Azərbaycanda cəza çəkən daha 28 iranlı məhbus dekabrın 2-də ölkələrinə təhvil verilib.

Bunu İranın Azərbaycandakı baş konsulu Nasir Vətən bildirib.

Baş konsulun sözlərinə görə onlar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcək.

“Yaxın zamanlarda daha 52 məhbusun İrana verilməsi gözlənilir ”deyə o, bildirib.

Hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində 130 İran vətəndaşı var. İranda isə 12 Azərbaycan vətəndaşı cəza çəkir ki, onların da Azərbaycana verilməsi üçün lazımi işlər görülür.

Bu mübadilə tərəflər arasında əldə edilmiş razılaşma əsasında həyata keçirilir.

XS
SM
MD
LG