Accessibility links

İşçi qrupu 22 məhbusun əfv edilməsini istəyir


İnsan hüquqları üzrə birgə işçi qrupu bu gün siyasi məhbus kimi tanınan 22 nəfərin adını Prezident yanında Əfv Komissiyasına təqdim edib. Onların arasında ictimai-siyasi xadimlər, QHT rəhbərləri - Tofiq Yaqublu, İlqar Məmmədov, İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Yadigar Sadıqlı, Xədicə İsmayılova, NİDA hərəkətının fəalları və başqalarının adları var.

İşçi qrupunun üzvü Novella Cəfəroğlu bildirib ki, dekabrın 24-də insan hüquqları üzrə birgə işçi qrupunun iclasında məsələ müzakirə və bu barədə qərar qəbul edilib.

Xatırladaq ki, ilin sonunadək prezident İlham Əliyevin növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.

XS
SM
MD
LG