Accessibility links

O kamerada özünü asıb

Yanvarın 25-də Kürdəxanı İstintaq Təcridxanasında saxlanan Salyan rayon sakini Nicat İbrahimov intihar edib. İbrahimov kamerada özünü asıb. İntiharın səbəbi hələ bəlli deyil. Bu barədə Salyanda yerləşən Demokratiyaya Yardım Mərkəzi məlumat yayıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən Amerikanın Səsinə İbrahimovun intihar etdiyini təsdiq ediblər. Hazırda intiharın səbəbləri ilə bağlı araşdırma aparılır.

23 yaşlı Nicat İbrahimov 2013-cü il dekabrın 28-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama) ittiham olunaraq Salyan rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib və cəzaçəkmə müəssisəsinə göndərilmək üçün müvəqqəti olaraq Kürdəxanı İstintaq Təcridxanasında saxlanılırdı.
XS
SM
MD
LG