Accessibility links

Məhkəmə güneyli fəala bir il həbs və evində tapılan “pantürkizm kitablarının” məhvinə hökm verib


Mehdi Deyhəmi

Mehdi Deyhəmi

Mehdi Deyhəmi rejimə qarşı təbliğat aparmaqda günahlandırılır

Azərbaycan dilli veb səhifələrinin nəşr etdiyi məhkəmə sənədinin təsvirinə əsasən, İran İnqilab Məhkəməsi güneyli fəal Mehdi Deyhəminin bir il həbsinə, eləcə də evində tapılan “pantürkizm kitabları və Azərbaycanın bölücülük xəritəsinin” məhvinə dair hökm çıxarıb.

Əslən Qoşaçay şəhərinin Çarburc bölgəsindən olan Mehdi Deyhəmi, 2014 sentyabrın 1-də digər fəal Əsgər Nüsrəti ilə bərabər Ettelaat məmurları tərəfindən həbs edilib, təqribən bir həftə sonra zəmanət qarşılığında və müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Mehdi Deyhəmi və Əsgər Nüsrəti haqqında çıxarılan məhkəmə hökmünün təsviri

Mehdi Deyhəmi və Əsgər Nüsrəti haqqında çıxarılan məhkəmə hökmünün təsviri

Günaz TV-nin nəşr etdiyi məhkəmə hökmünün təsvirində qeyd edilən məlumata görə, Marağa İnqilab Məhkəməsi Mehdi Deyhəminin evində tapılan əşya, o cümlədən bir flashcard-ın içindəki məlumat və müttəhimin "açıq etiraflarıına" istinad edərək onu “qövmçülük cərəyanı” və şüar yazmaq yolu ilə “rejimə qarşı təbliğat fəaliyyəti” aparmaqda günahlandırıb.

Hökmü çıxaran məhkəmə sədri hakim Davərniya digər fəal Əsgər Nüsrətiyə eyni ittihamlar üzrə bəraət verib.

Məhkəmə həmçinin “Mehdi Deyhəminin evində aşkar edilmiş flash kart, DVD, pantürkizmə məxsus kitablar, simvollar, loqo və əlamətlər, habelə Azərbaycanın bölücülük xəritəsinin məhv ediləcəyinə” dair qərar verib.

Mehdi Deyhəmi ötən illərdə də Urmiyə Gölü ilə bağlı keçirilən etirazlara qatılmaq ittihamı ilə həbs və Mahabad İnqilab Məhkəməsində mühakimə edilib.

XS
SM
MD
LG