Accessibility links

Mehdi Kərrubinin evi mühasirəyə alınıb


Mehdi Kərrubinin evi mühasirəyə alınıb

Mehdi Kərrubinin evi mühasirəyə alınıb

İranın müxalifət lideri Mehdi Kərrubinin veb səhifəsində hökumət tərəfdarı milis qüvvələrinin onun evini mühasirəyə alaraq, yürüşdə iştirak etməsinin qarşısını almağa çalışdıqları bildirilir

İranın müxalifət lideri Mehdi Kərrubinin veb səhifəsində hökumət tərəfdarı milis qüvvələrinin onun evini mühasirəyə alaraq, yürüşdə iştirak etməsinin qarşısını almağa çalışdıqları bildirilir. Sabah veb saytında deyilir ki, Bəsic üzvləri ötən gecə onun qapısını sındırmaq istəmiş, Kərrubinin cangüdənlərini vəhşicəsinə döymüşlər. Sərt-xətt tərəfdarları göründüyü kimi Fələstinə həmrəylik nümayiş etdirilən Qüds günü münsibəti ilə keçiriləcək yürüşdə Kərrubinin iştirakına mane olmaq istəyir. Keçən il İran müxalifəti həmin gün hökumətə qarşı etiraz aksiyası təşkil etmişdi. Nümayişçilərlə polis və sərt-xətt tərəfdarları arasında toqquşma olmuşdu.

XS
SM
MD
LG