Accessibility links


Azərbaycan veb səhifələri ötən günlərdə milli fəallar Mehdi Kuxiyan və Mehdi Nurinin (Elman) Şərqi Aərbaycan vilayətinin Məlikəndi və Təbriz şəhərlərində İranın təhlükəsizlik məmurlarları tərəfindən həbs edildiyini bildirib.

Məlumata istinadən mayın 26-da İranın İnqilab Keşikçilərinə (Sepah) məxsus təhlükəsizlik qurumunun əməkdaşları milli fəal Mehdi Kuxiyana qarşı ifrat güc tətbiq edərək nəzarət altına alıb, habelə evindəki kompyüter, türkcə kitablar və bir sıra şəxsi əşyasını müsadirə edib.

Araz News saytında yazılanlara görə, milli fəalın internetdə ictimai şəbəkələrdə apardığı fəaliyyətlər, habelə yaşadığı Məlikəndi (Məlikan) şəhərində Urmiyə gölü ilə bağlı plakat asması ilə bağlı tutulduğu güman edilir. Cənab Kuxiyan ayrıca son zamanlarda Marağa İnqilab Məhkəməsi tərəfindən bir il həbs cəzasına məhkum edilib.

Xəbər saytları həmçinin “milli fəal Mehdi Nurinin bir həftə xəbərsizlik ardından may ayının 25-də ailəsinə telefon edərək Təbrizin Ettelaat həbsxanasında saxlandığını bildirib,”-deyə yazıblar.

Məlumata istinadən, təhlükəsizlik məmurları ötən həftələr ərzində milli fəalı nəzarət altına almaq üçün dəfələrlə onun atasının evinə hücum ediblər. “Ettelaat əməkdaşlarının sərt şəkildə güc tətbiq etməsi üzündən milli fəalın qardaşının həyat yoldaşının uşağı düşüb,”-deyə AZOH veb səhifəsi bildirib.
XS
SM
MD
LG