Accessibility links

“Universitetdə türk dili bölümü heç nədən yaxşıdır.” [Audio-Müsahibə]


Son vaxtlar Təbriz Universitetində Türk Dili və Ədəbiyyatı bölümünün açılması xəbəri, eləcə də onlar millət vəkilinin türk dilinin ibtidai və orta məktəblərdə tədrisinə dair prezident Ruhaniyə müraciəti İran Azərbaycanında ana dilində təhsil tələbi istiqamətində önəmli yeniliklər kimi dəyərləndirilir.

Amerikanın Səsinə müsahibədə həmin yeniliklər haqqında düşüncələrini açıqlayan türk dili müəllimi Mehdi Nəimi isə universitetdə türk dili bölümünün açılmasını böyük hadisə deyil ,ancaq “heç nədən yaxşı” bir addım kimi dəyərləndirir. O, hesab edir ki, milli fəallar bu addımlar və ya vədlərlə kifayətlənmədən türk dilinin rəsmi dil olub məktəblərdə tədris dili olması başda olmaqla əsas tələbləri yönündə fəaliyyətə davam etməlidirlər.

Mehdi Nəimi Təbriz Universitetində açılacaq türk dili bölümünü dəyərləndirir
please wait

No media source currently available

0:00 0:15:49 0:00

Bu il İranda universitetə qəbul imtahanı (Konkur) üçün nəşr edilmiş kitabçada Türk Dili və Ədəbiyyatı bölümünə tələbə qəbul edən heç bir ali təhsil mərkəzinin adı qeyd edilməmişdi. Lakin daha sonra yayımlanan düzəliş kitabçasında Təbriz Universitetinin birinci mərhələdə 24 tələbə alacağı bildirildi.

Əsas istəyimiz dilimizin rəsmi olması və bütün məktəblərdə tədris edilməsidir. Bunu göz önünə alaraq hərəkət edilməlidir. İran Azərbaycanı və başqa türk bölgələrdə bir kiçik planla razı olmamalıyıq.
Mehdi Nəimi

Mehdi Nəimi bunun çox da böyük bir hadisə olmadığını deyir:

“Birinci mərhələdə 24, ikinci mərhələdə 14 tələbə alacaqlar. Bu çox da böyük bir hadisə deyil. Bəlkə heç nədən yaxşıdır.”

Nəimi deyir ki, “İranda yaşayan türk milləti illərdir öz ana dilində təhsil istəyir. Belə ki, bütün dərsləri türk dilində öyrənib, onun yanında da başqa dilləri, farscanı, ərəbcəni və ingiliscəni öyrənsinlər. Əsas istək budur. Ancaq nə Pəhləvi, nə də İslam Cümhuriyyəti dönəmində buna müsbət cavab verilməyib. Bu gün buna cavab verirlər, amma sadəcə universitetdə və sadəcə Təbriz Universitetində bir bölüm açılır. Bu heç nədən yaxşı olduğu üçün sevindirici xəbərdir. Bunu alqışlamaq lazimdir, amma bunu eşidib, sevinib və oturmamalıyıq.”

İran Azərbaycanı və ölkənin digər bölgələrinin universitetlərində tələbələrin təşkil etdiyi türk dili siniflərində müəllimlik etmiş Nəimi türk dili bölümü məsələsinin bir aldatma ola biləcəyini də istisna etmir.

“Dövlətin burada bir aldatma siyasəti də ola bilər. Mümkündür ki, bu yaxın gələcəkdə prezident seçkilərində səs almaq üçün olsun və əlavə addımlar atılmasın,” deyə o söyləyir.

Hazırda Türkiyədə yaşayan fəal mövzu ilə bağlı atılan addımlar və verilən vədlərin ən çox toplumda artan tələblərlə əlaqəli olduğunu önə çəkir. Onun dediklərinə görə, xüsusilə sosial mediadan istifadənin genişlənməsi ilə toplum həmin tələblər ətrafında daha çox və daha güclü şəkildə birləşə bilib.

Mehdi Nəimi, güneyli türk dili müəllimi.
Mehdi Nəimi, güneyli türk dili müəllimi.

O, eyni zamanda bu vədlərə kifayətlənmədən əsas tələblər istiqamətində mübarizəyə davam etməyin zəruri olduğunu vurğulayır:

“Əsas istəyimiz dilimizin rəsmi olması və bütün məktəblərdə tədris edilməsidir. Bunu göz önünə alaraq hərəkət edilməlidir. İran Azərbaycanı və başqa türk bölgələrdə bir kiçik planla razı olmamalıyıq.”

Mehdi Nəimi həmçinin keçən günlərdə Urmiyə millət vəkili Nadir Qazipur ilə “İran” qəzetinin muxbiri arasında qarşıdurma haqqında da danışıb. Xəbər agentliklərinin məlumatına görə, muxbirin İran məclisində Türk Fraksiyasının təşkilinə zidd görüşlər səsləndirməsi ardından ortaya çıxan mübahisə qarşıdurmaya yol açıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG