Accessibility links

Mehdi Kərrubinin səhhətinin ağır olduğu bildirilir


Mehdi Kərrubi

Mehdi Kərrubi

Mehdi Kərrubi üç ildən çoxdur ev dustaqlığında saxlanır

Nyu-Yorkda fəaliyyət göstərən İranda İnsan Hüquqları üzrə Beynəlxalq Kampaniya İran müxalifətinin 3 ilə yaxındır ev dustaqlığında saxlanan liderlərindən Mehdi Kərrubinin fiziki durumunun ağır olması haqda bəyanat yayıb.

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, Mehdi Kərrubinin orqanizmində D vitamininin səviyyəsi xeyli aşağı düşüb: “Bu isə onun günəşdən uzaq, qapalı şəraitdə saxlanmasına görədir. Kərrubi faktiki olaraq təbii nurdan uzaqlaşdırılıb, təmiz hava almaqdan məhrum edilib, saxlandığı mənzilin pəncələrindəki şüşələrə isə rəng vurulub”.

Bəyanatda bildirilir ki, Kərrubi son vaxtlarda ürəyindəki nasazlığa görə bir neçə dəfə gizlicə xəstəxanaya yerləşdirilib, üzərində tibbi analizlər aparıldıqdan sonra yenidən ev dustaqlığına qaytarılıb.
XS
SM
MD
LG