Accessibility links

Məhəmməd Əli son mənzilə yola salınır [FOTOLAR]


Vida mərasimində sabiq prezident Bill Klintonun nitq söyləyəcəyi gözlənilir

On minlərlə insan ötən həftə 74 yaşında vəfat edən "ən tanınmış amerikalı müsəlman" Məhəmməd Əlinin boya-başa çatdığı şəhərin küçələrində növbəyə dayanaraq onunla vidalaşmağa çalışır.

Cənazənin küçələrdə gəzdirilməsi mərasiminin səhər saatlarında 90 dəqiqə davam edəcəyi və Kentuki ştatının Luisvil şəhərində 37 kilometrlik məsafəni qət edəcəyi gözlənilir. Cənazə Əlinin həyatında əhəmiyyət kəsb etmiş məkanlardan keçərək dəfn olunacağı olan "Cave Hill" Qəbiristanlığına gətiriləcək.

Məhəmməd Əlinin cənazəsini daşıyanlar arasında boks üzrə dünya çempionu Lennoks Levis və Vill Smit də yer alır. Xatırladaq ki, Smit Əlini canlandırdığı filmə görə Oskara nominasiya olunmuşdu.

Televiziya vasitəsilə yayımlanan rəsmi vida mərasimi isə yerli vaxtla saat 2:00-da Luisvildəki idman arenasında keçiriləcək. Mərasimdə sabiq prezident Bill Klinton və komediya ustası Billi Kristalın nitq söyləyəcəyi gözlənilir. Billi dəfələrlə şoularında Əlini yamsılamış və ondan sitat gətirmiş komediyaçı kimi tanınıb.

Mərasimdə habelə Ağ Evi baş müşaviri Valeri Carrett prezident Barak Obamanın adından vida məktubunu səsləndirəcək. Xatırladaq ki, Obama qızının məzuniyyət tədbiri səbəbilə Luisvilə gedə bilməyib.

XS
SM
MD
LG