Accessibility links

Əfsanəvi Məhəmməd Əlinin həyatına baxış [Xronologiya]


Məhəmməd Əli Sonni Listona üzərində qələbə qazanarkən

Məhəmməd Əli Sonni Listona üzərində qələbə qazanarkən

Məhəmməd Əli keçirdiyi 56 peşəkar döyüşdən cəmi 5-də məğlub olaraq 37 döyüşü nokautla qazanıb.

1942 -- Yanvar ayının 17-də Kassius Kley kimi ABŞ-ın Kentuki ştatının Luizvil şəhərində dünyaya göz açıb.

1954 -- Velosipedi oğurlanandan sonra boks məşqlərinə başlayır. Növbəti 6 ildə Kley 6 dəfə Kentuki Qızıl Əlcək, 2 dəfə ABŞ Qızıl Əlcək çempionluğunu və 2 dəfə AAU (Həvəskar İdman Birliyi) kubokunu qazanır.

1960 -- Kley Romada keçirilən Yay Olimpiya Oyunlarında polşalı Zbiqnev Pietrzikovskimi 5-0-lıq tam qələbə ilə məğlub edərək yüngül çəkililər arasında qızıl medala yiyələnir. Oktyabr ayında o, ilk peşakar döyüşünü Tunney Hunsaker-ə qarşı qələbə ilə başa vurur.

1954 -- Velosipedi oğurlanandan sonra boks məşqlərinə başlayır. Növbəti 6 ildə Kley 6 dəfə Kentuki Qızıl Əlcək, 2 dəfə ABŞ Qızıl Əlcək çempionluğunu və 2 dəfə AAU (Həvəskar İdman Birliyi) kubokunu qazanır.

1964 -- Fevralın 25-də Kley dövrünün favoriti olan Sonny Listona qarşı döyüşə çıxır. Döyüşdən əvvəl rəqibini "çirkin qoca ayı" adlandıran Kley 7-ci raundun sonunda Listonu nokautla məğlub edərək ağır çəkililər arasında dünya çempionu olur və bu döyüşdən sonra bütün diqqətlər Kleyə yönəlir. O, Listonla döyüşdən sonra özünü "The Greatest" - boks tarixinin ən möhtəşəmi adlandırır və bu ad bir daha unudulmur.

Fevralın 26-da Kley İslam İcmasına qoşulur və martın 6-da adını rəsmi olaraq Məhəmməd Əliyə dəyişir.

1966 -- Öz dini inancını əsas gətirərək o, hərbi xidmətdən imtina edir və Vyetnam Müharibəsində iştirak etmir.

1967 -- ABŞ hökuməti onun statusunu rədd edir və Məhəmməd Əli fərariliyə görə 5 il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı, 10 000 dollar cərimə ödəməli olur. Nyu-York boks assosiasiyası isə onun titullarını əlindən alaraq Məhəmməd Əlinin döyüşlərdə iştirakına 3 illik qadağa tətbiq edir.

1970 -- Nyu-York Ali Məhkəməsi onun boks lisenziyasını bərpa olunmasına dair qərar çıxarır.

1971 -- Mart ayında Əli ağır çəkililər arasında çempion Frazier-ə qarşı döyüşə çıxır və 15-ci raundda məğlub olur.

Həmin ildə Ali Məhkəmə 1967-ci ildə onun barəsində çıxarılan fərarilik ittihamını da Əlinin üzərində götürərək bildirir ki, dini inancına görə, onun ilkin döyüşlərdə iştirakına icazə verilməməli idi.

Muhammad Ali

Muhammad Ali

1974 -- Yanvar ayında Əli Frazier-i məğlub edir. Həmin il o, Corc Forman üzərində də qələbə qazanaraq dünya çempionu titulunu bərpa edir.

1975 -- Əli yenidən Frazier-lə döyüşür. "The Thrilla in Manila" adı ilə məşhurlaşan bu döyüşdə də Məhəmməd Əli güclü rəqibini məğlub etməyi bacarır.

1978 -- Fevral ayında Əli tutilini Leon Spinksə təhvil versə də, 6 ay sonra onun üzərində qələbə qazanaraq dünya çempionu titulunu bərpa edir.

1981 -- Trevor Berbikə məğlub olan Əli dekabr ayında 39 yaşında peşəkar boksçu karyerasına son qoyduğunu bəyan edir. Məhəmməd Əli keçirdiyi 56 peşəkar döyüşdən cəmi 5-də məğlub olaraq 37 döyüşü nokautla qazanmaqla tarixə düşür.

1984 -- Ona Parkinson xəstəliyi diaqnozu qoyulur.

1981 -- Trevor Berbikə məğlub olan Əli dekabr ayında 39 yaşında peşəkar boksçu karyerasına son qoyduğunu bəyan edir. Məhəmməd Əli keçirdiyi 56 peşəkar döyüşdən cəmi 5-də məğlub olaraq 37 döyüşü nokautla qazanıb.

1996 -- Əli Corciya ştatının Atlanta şəhərində keçirilən Yay Olimpiya Oyunlarının məşəlini daşıyır.

1997 -- Sports Illustrated Məhəmməd Əlini "Əsrin idmançısı" adına layiq görür.

2005 -- O zamanki prezident Corc Buş Məhəmməd Əlini ABŞ-ın ən ali mülki medalı olan Prezidentin Azadlıq Medalı ilə təltif edir.

2009 -- Əli prezident Barak Obamanın inaqurasiya mərasiminə qatılır.

2016 -- İyun ayının 3-də Arizona ştatının Feniks şəhərində vəfat edir. 3 dəfə evli olan Məhəmməd Əlinin 9 övladı olub.

XS
SM
MD
LG